Icma.az
close
up
RU
Ucqar kənd məktəblərində yeni təhsil modeli: Dərslər distant keçiriləcək? KONKRET

Ucqar kənd məktəblərində yeni təhsil modeli: Dərslər distant keçiriləcək? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ucqar kəndlərdə yerləşən, şagird sayı az olan məktəblərdə müəllim çatışmazlığı və bəzi fənlərin tədrisində yaranan çətinliklər təhsilin keyfiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

 Belə məktəblərdə distant təhsil modelinin tətbiqi dərslərin vaxtında keçirilməsinə, şagirdlərin fənlər üzrə biliklərinin artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə nə dərəcədə töhfə verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ucqar kəndlərdə şagird sayı az olan bəzi məktəblərdə artıq distant təhsil modelindən istifadə olunur.

 “Şagird sayı az olan bəzi məktəblərdə dərslər faktiki olaraq məsafədən keçirilir. Bu yanaşma təhsildə fasilələrin yaranmasının qarşısını alır və şagirdlərə konkret fənlər üzrə biliklərin çatdırılmasını təmin edir”, – deyə Elçin Əfəndi qeyd edib.

Onun sözlərinə görə, ucqar kəndlərdə dərs saatlarının az olması müəllimlərin həmin ərazilərdə işləməyə marağını azaldan amillərdən biridir. Nəticədə bəzi fənlər üzrə dərslərin təşkili çətinləşir, hətta müəyyən hallarda dərslər boş keçir.

Ekspert hesab edir ki, distant təhsil bu problemin həllinə kömək edə bilər. Belə ki, məsafədən tədris vasitəsilə dərslərin müəyyən olunmuş vaxtda və müvafiq fənn üzrə keçirilməsi mümkün olur. Bu isə həm tədrisin davamlılığına, həm də təhsil prosesinin səmərəliliyinə müsbət təsir göstərir.

Elçin Əfəndi əlavə edib ki, qarşıdakı dövrdə şagird sayı az olan digər məktəblərdə və siniflərdə də bu modelin tətbiqi gündəmə gələ bilər.

Beləliklə, ucqar kənd məktəblərində distant təhsilin əhatə dairəsinin genişləndirilməsi müəllim çatışmazlığının aradan qaldırılması və şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının yaxşılaşdırılması baxımından alternativ həll yolu kimi nəzərdən keçirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri