Icma.az
close
up
RU
DNT Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı

DNT Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Türkiyədə davam edən arxeoloji qazıntılar, bərpa işləri və elmi tədqiqatlar ölkənin tarixi irsini daha dərindən anlamağa imkan yaradır. Bu yaxınlarda aparılmış irimiqyaslı genetik araşdırma göstərib ki, Mərkəzi Türkiyədə yerləşən Neolitik dövrə aid Çatalhöyük məskəni qadın nəsil xəttinə əsaslanan bir cəmiyyət quruluşuna malik olub. Bu nəticə qədim aqrar toplumlarda qadınların nə dərəcədə mərkəzi rola sahib olduğunu aydın şəkildə göstərir.

Tədqiqatlar həmçinin zamanla dəyişən qohumluq münasibətlərini izləyərək sosial normaların əsrlər boyu necə təkamül keçirdiyini üzə çıxarıb. Bu gün Çatalhöyük dünyanın ilk şəhəri kimi tanınır. Burada ətraf kəndlərin birləşərək mərkəzləşmiş bir yaşayış məntəqəsi yaratması şəhər sivilizasiyasının əsasını qoyub – bu da sonradan bütün müasir dünyanın inkişafına təkan verən dönüş nöqtəsi olub.

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən və bugünkü Konya vilayətində yerləşən Çatalhöyük unikal xüsusiyyətləri ilə seçilir. Onlardan biri də evlərin altında dəfn ənənəsidir – insanlar birbaşa yaşadıqları məkanın altına basdırılırdı. "Science" jurnalında dərc olunan və 12 il davam edən genişmiqyaslı araşdırma bu dəfnlər əsasında aparılıb. Tədqiqat Türkiyə və 10 başqa ölkədən olan 47 genetik, arxeoloq və bioantropoloqun birgə əməkdaşlığı ilə həyata keçirilib və qohumluq bağları, qadın və kişi rolları barədə maraqlı nəticələr ortaya qoyub.

Tədqiqat çərçivəsində eramızdan əvvəl 8000–5800-cü illər arasında yaşamış 395 fərdin skelet qalıqları analiz olunub və 35 evdə dəfn edilən 131 nəfərin DNT-si uğurla deşifrə edilib. Genetik müqayisələr göstərib ki, Çatalhöyükdə ailə üzvləri arasında ana xətti ata xəttindən daha mühüm bağ rolunu oynayıb. Hər bir evdə qadınların ailənin əsas dayağı olduğu, kişilərin isə daha çox başqa yerə köç etdikləri ehtimal olunur. Qız uşaqlarının məzarlarında oğlanlarla müqayisədə daha çox dəfn əşyalarının olması da bu fərqi təsdiqləyir.

Bu nəticələr sübut edir ki, Avropadakı Neolitik məskənlərdə, hansıların ki mənşəyi Anadoludan gəlir. Rast gəlinən kişi üstünlüklü sosial quruluşlar, əslində erkən aqrar cəmiyyətlər üçün xarakterik deyildi. Yəni qadın mərkəzli cəmiyyətlər o dövr üçün daha təbii model ola bilərdi.

Araşdırma, həmçinin, zaman keçdikcə Çatalhöyükdə qohumluq strukturunun dəyişdiyini də ortaya qoyur. İlk dövrlərdə eyni evdə dəfn olunan şəxslərin genetik baxımdan yaxın olması, bu evlərin bioloji ailə üzvləri tərəfindən istifadə edildiyini göstərir. Lakin sonrakı mərhələlərdə bu əlaqə zəifləyir və bioloji bağlılığın sosial təşkilatlanmadakı rolu arxa plana keçir. Alimlər bu dəyişikliyi mədəni amillərlə,  məsələn, övladlığa götürmə və ya uşaq böyütmənin fərqli formalarının geniş yayılması ilə izah edirlər.

Çatalhöyük: Şəhərsalmanın Neolitik Əcdadı

Çatalhöyük, təxminən 9 min il əvvəl mövcud olmuş bir cəmiyyətə işıq salır. Bu qədim yaşayış məskəni vasitəsilə ziyarətçilər insanlıq tarixinin başlanğıcına səyahət edə bilər, burada aşkar edilən qalıqlar isə həmin dövr cəmiyyətinin nə qədər inkişaf etmiş olduğunu aydın şəkildə göstərir. Çatalhöyüyü fərqləndirən əsas cəhətlər onun geniş ərazisi, uzunömürlü yaşayışı, bir-birinə bitişik və damdan girişli ev klasterləri, habelə divar rəsmləri və relyeflərdir. Bu tapıntılar şəhərsalma, davamlı yaşayış, sosial təşkilatlanma və mədəni ənənələrə dair incə düşünülmüş yanaşmaları əks etdirir.

Ərazidə tapılmış ən simvolik artefaktlardan biri də çoxsaylı qadın fiqurlarından ibarət kolleksiyadır. Bu fiqurlar geniş şəkildə Ana Tanrıça kultunun və matriarxal cəmiyyətin mümkün izləri kimi şərh olunur. Çatalhöyükdə tapılan qadın fiqurları və digər zəngin tapıntıların əhəmiyyətli bir hissəsi bu gün Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdirilsə də, məhz bu qədim məskənin özündə gəzmək, insan həyatının ilk izlərinin müşahidə edildiyi yerlərdə addımlamaq xüsusi bir təəssürat yaradır.

Türkiyə isə mədəni irsin qorunmasına sadiq qalaraq 2023-cü ildə Çatalhöyükdə müasir informasiya və ziyarətçi mərkəzinin açılışını edib. Arxeoloji sahənin özündə yerləşən bu mərkəz interaktiv panellər və təsirli multimedia qurğuları ilə Çatalhöyük haqqında hərtərəfli məlumat verir və ziyarətçilərə qədim cəmiyyətin həyatına vizual səyahət imkanı yaradır. Lakin Çatalhöyük tək deyil, Türkiyədə arxeoloji fəaliyyətlər geniş vüsət alıb. “Gələcək üçün irs” layihəsi çərçivəsində ölkə üzrə qazıntılar və bərpa işləri mövsüm və bölgə fərqi olmadan davam etdirilir. 2024-cü il Türkiyə tərəfindən “Arxeologiyanın Qızıl Dövrü” elan olunub və aparılan arxeoloji işlərin sayı 765-ə çatdırılıb. Bu rəqəmin 2026-cı ilədək 800-ə yüksələcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri