Icma.az
close
up
RU
Doğma kəndinə qayıdan məcburi köçkün: Bu günlər həmişə bizim arzularımızda, xəyallarımızda olub

Doğma kəndinə qayıdan məcburi köçkün: Bu günlər həmişə bizim arzularımızda, xəyallarımızda olub

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ermənilər torpaqlarımızı işğal etdilər, amma onlar bilmirdilər ki, biz canımızı verərik, heç bir zaman bir qarış ərazimizi də tapdaq altında qoymarıq".

Bunu Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Fikrət Bağırov deyib.

O qeyd edib ki, bu gün qalib ölkənin vətəndaşı kimi illərdir arzusunda olduğu doğma yurduna qovuşur:

"Ailəmlə birlikdə öz yurduma qayıdıram. Bu günlər həmişə bizim arzularımızda, xəyallarımızda olub. Bu günü illərlə arzulamışıq. Çox şükür ki, bu günləri görmək bizə nəsib oldu.

Ən birinci Ağdamda ermənilər tərəfindən işgəncələrlə qətl edilən doğmalarımızın məzarlarını tapıb ziyarət edəcəyik. Daha sonra isə şad xürrəm öz elimizdə, obamızda yaşayacağıq.

İşğaldan öncə mən musiqiçi olmuşam. Qədir Rüstəmovla və bir çox tanınmış sənətçilərlə birlikdə tədbirlərdə, el şənliklərində iştirak etmişik. Bundan sonra da Ağdamda sənətimi davam etdirəcəyəm.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Rövşən Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see226

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see149

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see148

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri