Icma.az
close
up
RU
Doğma kinomuzun YAD ÜZÜ Moldovalı Volontir “Tütək səsi” filminə necə ÇƏKİLDİ? VİDEO

Doğma kinomuzun YAD ÜZÜ Moldovalı Volontir “Tütək səsi” filminə necə ÇƏKİLDİ? VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elə aktyorlar var ki, tamaşaçıların yaddaşında öz adları ilə deyil, yaratdığı obrazın adı ilə qalır. Xüsusilə də milli kinomuzda çəkilmiş əcnəbi aktyorlar...
Çoxları hələ də onların yad olduğunu bilmir, elə özündən sanıb illərlə heyranlıqla izləyir.
Onlardan biri də “Tütək səsi” filminin Cəbrayılıdır.
O, filmdə rolunu o qədər təbii oynayır, kənd həyatına o qədər doğma görünürdü ki, tamaşaçı onu aktyor kimi yox, elə öz kəndindən biri kimi qəbul edirdi. Cəbrayıl Azərbaycan kəndlisinin obrazına çevrildi – amma onu yaşadan moldovalı aktyor Mixay Volontir idi.

Mixay Volontir sovet-moldovan teatr və kino aktyoru, müğənnisi idi. O 1934-cü ildə Rumıniya Krallığının Bessarabiya vilayətində, indiki Moldova Respublikasında doğulub. Keçmiş İttifaqda “Qaraçı” filmindəki Budulay rolu məhşurlaşıb. 1974-cü ildə Moldoviya SSR-in Xalq artisti, 1984-cü ildə isə SSRİ Xalq artisti adına layiq görülüb.
Qeyd edək ki, 1976-cı ildə ekrana çıxmış filmin ssenarisi yazıçı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında yazılıb.
Faşizm üzərində qələbə naminə hər cür çətinlik və məhrumiyyətlərə dözməyə hazır olan bu adamların vətənpərvərlik duyğuları fonunda Səyalı ilə Cəbrayılın nakam eşqi göstərilir. Bütün hadisələr də məhz, həmin əhvalat ətrafında cərəyan edir.
 

Əksər filmlərinə başqa ölkələrdən aktyor çəkmiş rejissor Rasim Ocaqov “Tütək səsi” filmində Volontiri necə dəvət etməsindən bəhs edərkən bu aktyoru çox bəyəndiyini, rollarını maraqla izlədiyini bildirib. O, müsahibələrinin birində belə deyir:


“Volontiri bir Moldova fimində izləmişdim və aktyorluq məharəti çox xoşuma gəlmişdi. Onu dəvət edərək sınaq çəklişlərində yoxladım və çəkiliş çox uğurlu alındı”.
Maraqlıdır ki, bu rola əvvəlcə aktyor Şahmar Ələkbərovun çəkiləcəyi nəzərdə tutulurdu.  Amma Cəbrayıl obrazı Mixay Volontirə qismət oldu. Amma obraz ona qismət olmasa da, səsi əbədi olaraq Şahmar Ələkbərovun oldu.
Rasim Ocaqov bir çox filmlərində olduğu kimi bu filmdə də gənc nəslin yetişməsində böyük rol oynayıb: bunu onun filmlərində oynayan gənc aktyorların sonrakı fəliyyətində görmək mümkündür. Şamil Süleymanov Cümrü ilə, Ötkəm İsgəndərov Nuru, Xalidə Quliyeva Milli və Şükufə Yusupova Tutu ilə gözümüzün önündə canlanır. Bu aktyorların əksəriyyəti məktəb partası arxasından birbaşa çəkiliş meydançasına gəlib.
Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko iki ölkə arasında körpü olan bu film və onun unudulmaz Cəbrayılı haqqında düşüncələrini Bizim.Media-ya bölüşdü: 
“Azərbaycan tamaşaçıları üçün Volontir böyük istedada malik aktyor kimi yadda qaldı, onun obrazları insanların qəlbinə işləyirdi. Moldova üçün isə o, milli mədəniyyətin sərhədləri aşaraq başqa xalqların qəlbində də öz əks-sədasını tapmasının nümunəsi oldu.
Ən məşhur obrazı – “Qaraçı” filmindəki Budulay olsa da, “Tütək səsi”ndəki Cəbrayıl obrazı da Azərbaycanın mədəni yaddaşının bir hissəsinə çevrildi.
Bu gün Mixay Volontiri xatırlayarkən, biz yalnız böyük bir aktyoru deyil, həm də Moldova ilə Azərbaycan arasında dostluğun canlı körpüsünə çevrilmiş insanı yad edirik”.
Qeyd edək ki, Mixay Volontir 2015-ci ildə Kişinyovda uzun sürən xəstəlikdən dünyasını dəyişib. 2024-cü ildə, aktyorun 90 illik yubileyi öz ölkəsində təşkil edilib, filmlərindən ibarət sərgi keçirilib.
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri