Icma.az
close
up
RU
Doğru yol nağılı: Üstü bəzək, 6 ...

Doğru yol nağılı: Üstü bəzək, 6 ...

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Utanmasan, oynamağa nə var ki" deyimi milli komandamızın futbolçuları üçün keçərli deyil. Nə utanırlar, nə də oynayırlar. Utanmamaq cəsarətini də baş məşqçidən - Santuşdan alırlar. Hər oyundan sonra media önünə çıxıb  "doğru yoldayıq" dedikcə, bizi meydanda əzdilər, əzildikcə qürur getdi, qürur getdikcə abır getdi, həya getdi. 

Utanmaz olduq! İllərlə tənqid etdik, əsəb keçirdik, əvvəlkindən də betər olduq!

Daha əsəb qalmayıb, keyimişik. 
Daha söz qalmayıb, bitmişik.
Daha tənqid də bitib, susuram! 
Tənqidin bitdiyi cizgidə dayanıb susuram!  Bir addım da irəli gedə bilərəm, amma peşə etikası yol vermir. Futbolumuzu ən dibə yuvarlatdınız, utanmadan, qızarmadan. AFFA idarəçiliyində xaos öz "bəhrə"sini verdi.

Hanı Rövşən Nəcəf? İcraiyyə Komitəsinin xəbəri olmadan, məsləhətə ehtiyac duymadan, Santuşu bir gecədə Bakıya gətirən, səhərisi ictimaiyyətə təqdim etdirən AFFA prezidenti çıxıb cavab versin. "Doğru yol"u bir də o, anlatsın. Anlatsın ki, bu qaçhaqaçda Santuş nəyə və kimə lazım idi? Əminliklə deyə bilərəm ki, Arif Əsədovu müvəqqəti saxlasaydılar, bu qədər rəzil nəticə olmazdı. Keçmiş rəhbərliyin viranə qoyduğu futbola yenilərin əliboş gəlməsi durumu lap qəlizləşdirir. İdarəçilikdə xaos futbolçulara da təsirsiz ötüşmür, amma... 

Çıxış yolu həmişə var. Öncə millinin canından çıxmış ruhunu geri qaytarmaq lazımdır. Qapazaltı sindromundan qurtulmağın yolu əcnəbi sevdası deyil. Olsun, əcnəbi də olsun. Amma unutmayaq ki, milli dediyimiz, Azərbaycan futbolu dediyimiz, millətin qürur yerini tam olaraq gəlmələrin ümidinə buraxmaq olmaz. Böhrandan çıxış yolu həm də milli ruhu olan kadrlarla mümkündür. Təəssüf ki, təəssübkeşləri ofsayda saxlamaq köhnə və yeni rəhbərliyin oxşar cəhətlərindən biridir. Tahir Süleymanov kimi kadrın kənarda saxlanması, yeni idarəçilərin də şəxsi mənafeyinə qulluq etdiyindən xəbər verir. Əslində isə sabiq rəhbərliyin səhvləri dərslik olmalı idi. Onlar da çıxış yolunu kənarda axtardı və nəticəsi göz önündə: zərərli və zəhərli idarəçilik açıq yaramıza infeksiya saldı. Bundan sonra "D"ezinfeksiya belə, faydasızdır.

Əli Sahib
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri