Doğulduğu anı xatırladığını düşünür
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“The Beatles” qrupunun üzvü Pol Makkartni doğulduğu anla bağlı bəzi görüntülərin yadında qaldığını düşündüyünü açıqlayıb.
Adalet.az xəbər verir ki, o, bu barədə Emi Pelerin “Good Hang” podkastında danışıb.
84 yaşlı musiqiçi Liverpulda dünyaya gəldiyi xəstəxananın ağ plitələrini və doğuş zamanı istifadə olunan metal alətlərin səslərini xatırladığını deyib.
Söhbət zamanı qızı Stellanın ən erkən xatirəsi haqqında verilən suala cavab verən musiqiçi öz doğum anına dair təəssüratlarını bölüşüb.
Makkartni danışdıqlarının həqiqi xatirələr, yoxsa sonradan zehnində formalaşan təsəvvürlər olduğuna əmin olmadığını bildirib.
Musiqiçi bu təəssüratları qəti xatirə kimi deyil, yaddaşında qalan görüntülər kimi təqdim edib.
Baxış sayı:88
Bu xəbər 15 Oktyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















