Icma.az
close
up
RU
Doğuş dövrləri

Doğuş dövrləri

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Doğuşun birinci dövrü - doğuş tutmalarının (sancılarının) təsiri altında uşaqlıq boynunun genişlənməsi (açılması). Tam açılmış uşaqlıq boynunun diametri 10 sm-ə yaxın olur.

Tam açılış zamanı dölü əhatə edən qişalar cırılaraq dölyanı sular xaric olur.

Bəzi hallarda dölyanı sular uşaqlıq boynunun hələ tam açılmadığı dövrdə də xaric ola bilər (dölyanı suların erkən xaric olması). Bu hal son nəticədə normal doğuş fəaliyyətinin pozulmasına da səbəb ola bilər.

Doğuşun birinci dövrünün müddəti ilk dəfə doğan qadınlarda 12-18 saat, təkrar doğan qadınlarda isə 2 dəfə qısa olmaqla davam edir. Keçmiş zamanlardan belə bir misal da qalmışdır ki, doğan qadının başı üzərindən günəş 2 dəfə çıxmalı deyil. Doğuş zamanı sizin normal və sakit davranışınız doğuş prosesinə xeyli müsbət təsir göstərə bilər; siz nə qədər sərbəst olsanız, doğuş bir o qədər də tez başa çatmış olar.

Əgər qadın gərgin vəziyyətdə qalırsa, uşaqlığın boynu gec açılır. Uşağın və intensiv fəaliyyətdə olan uşaqlığın oksigenlə yaxşı təmin olunması üçün normal nəfəs almaq vacib hesab olunur. Sancı tutması yaxınlaşdıqda dərindən nəfəs almaq və nəfəs vermək lazımdır. Sancılar başlayan kimi siz tam sakitləşməlisiniz. Sonradan bir qədər tezləşmiş ritmdə olmaqla səthi nəfəsalma və nəfəsvermə hərəkətlərini yerinə yetirməlisiniz (bu zaman diafraqmanın uşaqlığa təzyiq edərək onun yığılmasına mane olmaması vacib hesab olunur).

Sancı keçdi - dərindən nəfəs alın (döş qəfəsi və qarının iştirakı ilə), nəfəsi tədricən verin. Sancı tutmaları arasındakı dövrdə istirahət etmək və normal tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Doğuşun birinci dövrünün sonunda sizdə güc vermək istəyi əmələ gələ bilsə də, buna yol veməyin. Belə ki, erkən gücənmələr uşaqlıq boynunun tam açılmasına mane olaraq doğuş dövrünün uzanmasına və sizin vaxtından əvvəl yorulmağınıza səbəb ola bilər.

Doğuşun ikinci dövrü - dölün qovulması (xaric olması). Bu dövr uşaqlıq boynunun tam açılmasından sonra başlayaraq uşağın doğulması ilə başa çatır. İlk dəfə doğan qadınlarda bu dövr 30-45 dəqiqə davam edir. Bu dövrdə sancı tutmalarının sayı və davam etmə müddəti artmış olur. Bundan başqa, bu dövrdə əlavə olaraq gücənmələr - qarın divarı, çanaq və diafraqma əzələlərinin ritmik şəkildə birgə yığılmaları başlayır. Bu, defekasiyaya çağırış halını xatırladır. Bu zaman mama-tibb bacısının dediklərinə tam şəkildə əməl etməyiniz vacibdir. Sancı yaxınlaşır - aralıq sahənizi boş vəziyyətdə saxlamaqla dərindən nəfəs alın. Sancı başlandı - burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Dölə mümkün qədər güclü təsir edərək onu irəliyə itələmək üçün qarın əzələlərini mümkün qədər yığın. Nəfəsi ağızdan buraxın, yenidən burunla dərindən nəfəs alaraq nəfəsinizi saxlayın. Sancının sonuna qədər siz 3 dəfə gücənməlisiniz. Sancı başa çatdı - dərindən nəfəs alın.

Sancılararası dövrdə mama-tibb bacısı sizə əlavə göstərişlər verməzsə, gücənməyin. Uşağın başı cinsi yoldan çıxdığı zaman müəyyən an doğan qadına gücənməmək tapşırılır. Bu stadiyada tezləşmiş ritmdə səthi tənəffüs hərəkətlərini yerinə yetirmək lazımdır. Bu anlarda artıq güc vermək uşağın baş hissəsinin sürətlə çıxmasına və nəticə etibarilə aralığın cırılmasına səbəb ola bilər.

Doğuşun üçüncü dövrü (ciftin xaric olması) Bu dövr ciftin uşaqlıq divarından aralanaraq digər hissələri ilə birlikdə uşaqlıq yollarından xaric olması ilə xarakterizə olunur. Bu dövrdə uşaqlığın yığılması (digər dövrlərə nisbətən xeyli zəif dərəcədə) baş verir və nəticədə cift aralanır.

Qeyd etmək lazımdır ki, əgər hamilə qadın doğuş müddəti ərzində mama-tibb bacısı və mama-ginekoloqun göstərişlərinə dəqiq şəkildə əməl edərək özünü sakit aparmış olarsa, bu zaman doğuş ana və uşaq üçün əlavə problemlər yaratmadan qısa bir müddət ərzində uğurla başa çatmış olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri