Icma.az
close
up
RU
Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi Foto

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Baku Medical Plaza”da qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.

Yaxınları Ş.Quliyevanın əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən mətbuata müraciət edərək “Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Bildirilib ki, əməliyyatdan 20 saat sonra Şəhlanın təzyiqi kəskin yüksələrək 200-ü keçib və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəyə beyin ölümü diaqnozu qoyulub.

İttihamla bağlı “Baku Medical Plaza”dan Lent.az-a bildirilib ki, Quliyeva Şəhla Muxtar qızı hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib, aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb: “İyulun 28-də tibbi göstərişlərə əsasən və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilib. Əməliyyatın intraoperativ mərhələsi fəsadsız başa çatıb. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə olunub.

Dərhal zəruri təxirəsalınmaz tibbi yardım göstərilib, reanimasiya və müvafiq ixtisas həkimləri prosesə cəlb olunub.

Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib və vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.

Hazırda onun müalicəsi reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Yenidoğulmuşun vəziyyəti stabildir və müvafiq tibbi nəzarət altındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri