Icma.az
close
up
RU
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?

Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Doğuşdan sonrakı depressiya çox yayılmış və digər depressiya növləri kimi xüsusi müalicə tələb edən pozulmadır.

Lakin təəssüf ki, bir çox hallarda depressiyadan əziyyət çəkən qadınlar həkimə vaxtında müraciət etmir və bu da ağır fəsadlara, hətta intiharlara səbəb olur.

Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: "İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi - beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır".

Psixoloq Ellada Qorina şərh edir: "Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır.

Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər.

Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir".

"Yeni ana olan qadına dəstək vacibdir"

Psixoloq Ellada Qorina davam edir: "Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür.

Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları - qaynana, baldız, elti - yeni doğmuş qadına əl tuta bilərlər.

Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü - ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq.

Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil.

Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın.

Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq".
Milli.Az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri