Icma.az
close
up
RU
Dollar çökür, yerinə başqa valyuta gəlir Böyük böhran gözlənir

Dollar çökür, yerinə başqa valyuta gəlir Böyük böhran gözlənir

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son zamanlar dollarla bağlı müxtəlif xəbərlər yayılır. Onlardan biri də ABŞ valyutasının çökə biləcəyi haqda proqnozların səsləndirilməsidir. Bundan başqa, kriptovalyutanın üstün mövqeyə çıxacağı deyilir. 

Ekspertlər bildirirlər ki, Donald Tramp ABŞ-ı borclanmadan xilas etmək üçün rəqəmsal valyutaya keçirməyi hədəfləyir. Birləşmiş Ştatların bu gün 35 trilyon dollar dövlət borcu var. Bu borc getdikcə artdığı üçün hökumət təsirli addımlar atmağa məcburdur.

Bu, nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun sözlərinə görə, milli valyutasının güclü olması həmin dövlətin iqtisadiyyatının gücündən asılı olaraq müəyyənləşdirilir.

O deyib ki, dünyanın ən güclü iqtisadiyyatlarından biri məhz ABŞ-ın iqtisadiyyatıdır:

“Ümumdaxili məhsula və xalis sərvətə görə dünyada ən böyük, alıcılıq prioritetinə görə isə dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Adambaşına düşən gəlir də yüksək səviyyədədir, texnologiya inkişafı da. Bir çox ölkələrin həyata keçirdiyi xarici ticarətdə də onların valyutalarından istifadə edirlər. Dünyanın ən önəmli ehtiyat valyutası hazırda ABŞ dolları olduğu üçün valyutalarının belə rahatlıqla çökəcəyi məsələsi real görünmür".

İqtisadçının dediklərinə görə, son dönəmlərdə kriptovalyutanın ticarətlərdə ənənəvi hal alması Trampın bir neçə ay öncəki çıxışından asılı olaraq anidən ən pik həddə çatdı:

“Lakin düşünmürəm ki, bu, ABŞ valyutasının çökə biləcəyi haqqında məsələyə yardımçı olsun. Hər hansı ölkənin valyutasının güclü olması onun arxasında dayanan güclü iqtisadiyyatın olmasıdır. Bilirsiniz ki, ABŞ valyutası beynəlxalq ticarətlə yanaşı, bir çox ölkələrin də ikinci rəsmi valyutası hesab olunur”.

Asif İbrahimov deyib ki, Azərbaycan iqtisadiyyatı əsasən neft gəlirlərindən asılı olduğu üçün xarici ticarətin böyük hissəsini dollarla həyata keçirir:

“Bu da o deməkdir ki, ABŞ dolları məzənnəsinin dəyişməsi Azərbaycan iqtisadiyyatına da ciddi təsiri göstərməkdə davam edəcək. Qeyd edim ki, ərzaq və qeyri-ərzaq məhsullarının böyük hissəsini xaricdən idxal edirik. Hətta ölkədə istehsal etmədiyimiz məhsulların xammal və inqridientlərini belə xaricdən idxal etdiyimiz üçün ABŞ dollarının hər hansı çöküş və ya yüksəliş yaşaması Azərbaycan iqtisadiyyatına da öz təsirlərini gösətərəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Yanvar 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri