Icma.az
close
up
RU
Dölün hipoksiyası. XALQ TƏBABƏTİ reseptləri

Dölün hipoksiyası. XALQ TƏBABƏTİ reseptləri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dölün hipoksiyası əksər hamilələrə qoyulan yayılmış diaqnozlardan biridir. Doğuşdan sonra həmin diaqnoz 10-15 faiz hallarda təsdiqlənsə də, həkimlər onun acı nəticələrinin qarşısını hələ hamiləlik dövründə almağa çalışırlar.

Dölün hipoksiyası toxumaların kifayət qədər oksigenlə təchiz olunmaması və ya onun natamam mənimsənilməsi nəticəsində yaranır.

Orqanizm enerji hasil etmək üçün qida maddələrindən və havadakı oksigendən istifadə edir və həzm sistemi, tənəffüs orqanları, qan-damar sistemi və ifrazat orqanları bunun üçün fəaliyyət göstərir. Ana bətnində olan dölün orqan və sistemləri tam formalaşmadığına görə həyati vacib maddələrin hamısı ananın qanından alınır. Ana ilə döl arasında mübadilənin pozulması bətndaxili aclığa, həmçinin oksigen aclığına səbəb olur.

Hipoksiyanın inkişafına səbəb olan faktorlar hamiləlik müddətində və doğuş zamanı dölün oksigenlə zəif təchizatına səbəb ola bilər. Dəmirdefisitli anemiya, plasentar çatışmazlıq və plasenta qan dövranının zəifləməsi, doğuşun gecikməsi nəticəsində plasentanın qocalması, alkoqol və tütünün təsirindən cift qan dövranının zəifləməsinə daha çox rast gəlinir. Bunlarla yanaşı ananın ürək-damar xəstəlikləri, keçirdiyi stress və əsəb gərginlikləri, hestozlar, dölyanı mayenin çox olamsı, çoxdöllü hamiləlik, dölün hemolitik xəstəliyi və infeksiyalar da hipoksiyaya aparıb çıxaran amillər sayılır.

Dölün hipoksiyasının diaqnostikasında USM və dopler müayinəsindən istifadə olunur. USM-də dölün ana bətnində yerləşməsi, dölyanı mayenin bulanıqlıq dərəcəsi, plasentanın yetişmə dərəcəsi və fəaliyyətinin dərəcəsi, dopler müayinəsi isə plasenta və dölün qan dövranı barədə məlumat əldə etməyə yardım edir.

Bundan əlavə gələcək ana orqanizmində gedən dəyişikliklərə əsasən vaxtında bətnindəki körpənin oksigen aclığını hamiləliyin 20-ci həftəsindən sonra, yəni döl hərəkətləri hiss olunanda müəyyən edə bilər. Xüsusilə də dölün hərəkətliliyinin birdən-birə azalması qısa zamanda həkimə müraciət etməyə əsas verir. Dölün ürək vurğularının sayı və ritmi də daimi həkim nəzarətində olmalıdır.

Müalicə

Hipoksiyanın müalicəsi ağırlıq dərəcəsindən asılı olaraq ev şəraitində və stasionarda aparıla bilər. Müalicənin ilkin mərhələsində oksigen inhalyasiyası, venadaxili qələvi məhlullar təyin olunur, daha ağır hallarda antikoaqulyantlar tətbiq edilir.

Təbii üsullarla müalicəyə başlamamışdan əvvəl müalicə həkimi ilə məsləhətləşmək və bitkilərə qarşı allergiyanın olub-olmamasını müəyyən etmək lazımdır.

RESEPTLƏR

Cincilim dəmləməsi

1-2 xörək qaşığı cincilim otu termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur və 8-10 saat dəmlənir. Alınan dəmləmə süzüldükdən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl 1/4 stəkan qəbul edilir.

Tozağacı şirəsi

Şirəni almaq üçün yaz vaxtı tozağacının gövdəsi çərtilir və damcılayan şirənin altına qab qoyulur. Toplanan şirə  gündə 3 dəfə 1-2 xörək qaşığı yeməkdən əvvəl qəbul olunur.

Ballı şərbət

1 çay qaşığı təbii bal 1 stəkan ilıq suda həll edilir və səhər acqarına qurtum-qurtum içilir. Şərbətə 1 çay qaşığı təbii alma sirkəsi də əlavə etmək olar. Müalicə 10 gündən artıq aparılmamalıdır, çünki balın uzun müddət qəbulu allergiyaya səbəb ola bilər.

Şəfa vitamini

Şəfa vitamini gündə iki dəfə səhər və günorta 1-2 xörək qaşığı qəbul olunur. Şəfa vitamininin təbii komponentləri həm antioksidantlarla zəngin olduğundan dölün qan dövranına müsbət təsir edir, həm də tərkibində olan dəmirin hesabına anemiyanın inkişafının qarşısını alır.

Yerkökü şirəsi

Hər səhər acqarına və ya səhər yeməyindən 1 saat sonra yerkökü şirəsi içilir. Onu qəbul etməzdən əvvəl 1 xörək qaşığı bitki yağı ilə qarışdırmaq tövsiyyə olunur.

Hipoksiyanın nəticələri

Hamiləliyin erkən dövrlərində baş verən oksigen aclığı daxili orqanların düzgün formalaşmamasına və dölün inkişafdan qalmasına səbəb olur. Son aylarda dölün oksigen təchizatının pozulması isə vaxtından əvvəl doğuşa, doğuş fəaliyyətinin anomaliyalarına, hətta dölün məhvinə də səbəb ola bilər. Ona görə də hipoksiya aşkar olunan kimi müalicə olunmalı və onun ağırlaşmalarının qarşısı alınmalıdır.

Profilaktika

Dölün hipoksiyasının profilaktikası düzgün həyat tərzinin aparılması ilə əlaqədardır. Gələcək ana rasional qidalanmalı, təmiz havada gəzməli və stresdən uzaq olmalıdır.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri