“Dolunay” markasında zəhərli toksin tapıldı Tumlar satışdan çıxarıldı
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Avropada Türkiyənin “Dolunay” markasına aid qara qabıqlı, qovrulmuş günəbəxan tumlarında təhlükəli kif toksini aşkarlanıb. Zəhərli toksin aşkar olunan məhsullar satışdan çıxarılıb.
Bakupost.az Avropa KİV-lərinə istinadən xəbər verir ki, analizlər zamanı tumlarda insan sağlamlığı üçün ciddi risklər daşıyan zəhərli kif toksini “Ochratoxin A” aşkarlanıb. Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) məlumatına görə, bu toksin taxıllar, konservləşdirilmiş ət, təzə və quru meyvələr, pendir və digər qidalarda rast gəlinir. İnsan orqanizminə uzun müddətli təsir göstərən və DNA zədələnməsinə, böyrək problemlərinə və bəzən sağalmaz fəsadlara səbəb ola bilər.
Avropa rəsmiləri bildirir ki, heyvan təcrübələrində xərçəng yaradan maddələrin çox olduğu toksin insanlarda isə ən çox böyrəklərə təsir edir. Bu toksinin uzun müddətli təsir nəticəsində insanlarda yorğunluq, diqqət azalması, titrəmə, yaddaş itkiləri və davamlı baş ağrıları kimi simptomlar müşahidə olunur. Toksin həmçinin immunitet sistemini zəiflədərək bədəni infeksiyalara qarşı həssas edir.
“Dolunay” markasına aid günəbaxan tumlarının və ya başqa məhsulların Azərbaycanda satışına rast gəlmədik.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Saxta araqlar satışdan çıxarıldı
25 Dekabr 2025 15:43
Dolunay Soysert və Halit Ergenç dindiriləcək
24 Yanvar 2025 16:02
Dolunay bu iki bürcün həyatını dəyişəcək
05 Noyabr 2025 17:32
Üç Ayfon modeli satışdan erkən çıxarıldı
31 Dekabr 2024 19:14
Harri Potterin suvenir qılıncı satışdan çıxarıldı
02 Dekabr 2024 10:30
Baxış sayı:97
Bu xəbər 20 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















