Icma.az
close
up
RU
Domqjoni: “Meydanda əsl döyüşçüyə çevrilirik”

Domqjoni: “Meydanda əsl döyüşçüyə çevrilirik”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kəpəz”in yeni müdafiəçisi David Domqjoni Misli Premyer Liqasının V turunda “Qəbələ” ilə keçirilən qarşılaşmada (1:0) Gəncə təmsilçisinin heyətində rəsmi debütünü reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, albaniyalı futbolçu “sarı-göylər”in Media və Marketinq Departamentinə verdiyi müsahibədə komandaya uyğunlaşma süreci, Gəncə şəhəri və ilk matç haqqında fikirlərini bölüşüb:

— Səncə, “Kəpəz”in heyətində debütün necə alındı? Öz oyunundan razı qaldın?

— Öncə məni və ailəmi xoş qarşıladığına görə klubun bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. “Kəpəz”dəki debütümə gəlincə, deyə bilərəm ki, hər şey yaxşı alındı. Lakin zaman keçdikcə, oyundan-oyuna komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim “Kəpəz” formasında ilk oyunumun qalibiyyətlə başa çatmasına görə çox xoşbəxtəm.

— Maraqlıdır, “Kəpəz”dən təklif gələndə ilk reaksiyan necə oldu? Gəncə təmsilçisinə transferində əsas rolu nə oynadı?

-Təklif alanda, “Kəpəz”in çox xüsusi, köklü klub olduğunu öyrəndim. “Sarı-göylər”in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, biz üzərimizdə çox işləsək, “Kəpəz” gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.

— “Kəpəz”də ən çox bəyəndiyin nədir?

— İlkin müşahidələrimə görə əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda fanat gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik.

— Gəncəyə bir müddət əvvəl köçmüsünüz. Bu qısa zaman ərzində şəhəri gəzmək imkanı olub?

— Açığı, çempionatın sıx qrafikinə görə Gəncəni gəzmək imkanım olmayıb. Həyat yoldaşım və uşaqlarımla birgə yalnız şəhərin mərkəzini gəzmişik. Gəncənin küçələri təmiz, insanları olduqca dostcanlıdır. Şəhərdəki parklar, tarixi binalar çox xoşumuza gəldi.

— Bəs Gəncə mətbəxi ilə tanış ola bilmisən?

— Hələ ki yox. Ancaq komanda yoldaşlarımdan kiminsə məni yerli mətbəxə qonaq dəvət edəcəyi günü səbirsizliklə gözləyirəm.

— Sonda, növbəti oyunla bağlı fikirlərini öyrənmək istərdim. “Kəpəz”in sentyabrın 20-də “Sumqayıt”a qarşı keçirəcəyi görüş barədə nə düşünürsən?

— Adətən, istənilən yarışda qarşıdan gələn matç ən vacibi sayılır. Biz həftəboyu tam gücümüzlə məşq etməli, oyuna ciddi hazırlaşmalıyıq. “Sumqayıt”la matçda komanda şəklində mübarizə aparıb, uğurlu nəticə göstərməliyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Sentyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri