Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Donald Trampın baxış bucağı ilə Azərbaycanın təşviq etdiyi dəyərlər arasında paralellər çoxdur ŞƏRH AZƏRTAC

Donald Trampın baxış bucağı ilə Azərbaycanın təşviq etdiyi dəyərlər arasında paralellər çoxdur ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 yanvar, AZƏRTAC

Co Baydenin və onun uğursuz komandasının dönəmində təkcə ABŞ-Azərbaycan münasibətlərinə xələl gəlməyib, bütövlükdə Birləşmiş Ştatların xarici siyasətində böhran yaşanıb. Baydenin ABŞ-ın prezidenti olduğu zaman kəsiyində Ağ evin təhriki və iştirakı ilə alovlanan münaqişə və müharibələrə minimum 7 trilyon dollar vəsait xərclənib, lakin heç bir nəticə əldə olunmayıb. Vaşinqtonun bu müddət ərzində, hətta saxta da olsa, “demokratiyanın müdafiəçisi” imici alt-üst olub. ABŞ tarixinin ən uğursuz Dövlət katibi Antoni Blinkenin “layihəsi” əsasında gerçəkləşən “Demokratiya sammiti”nin iflası, Birləşmiş Ştatların Əfqanıstandan, bu ölkədə sekulyar dövlətçiliyin tərəfdarı olan insanları güdaza verərək, rüsvayçı bir şəkildə çıxması, Vaşinqtonun ənənəvi tərəfdaşları ilə münasibətlərində yaşanan ziddiyyətlər, Yaxın Şərqdə, Şərqi Avropada və digər regionlarda mövcud olan böhranlı vəziyyətlərin daha da dərinləşməsi Co Baydenin vitse-prezidentliyi və prezidentliyi dönəmindən sələflərinə miras qalan acı nəticələridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib.

Onun sözlərinə görə, Bayden administrasiyasının Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə münasibətdə yürütdüyü siyasət, Ağ evin proksi dövlət və təşkilatları vasitəsilə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə maneə yaradılması istiqamətində atdığı addımlar, Ermənistandakı revanşçı meyillərin gücləndirilməsinə göstərilən cəhdlər, vaxtilə Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin həmmüəlliflərindən və müdafiəçilərindən olan sabiq ABŞ Prezidentinin ölkəmizə olan qərəzli münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir:

“Bu baxımdan, ABŞ-ın yeni Prezidentini və onun komandasını, ilk növbədə, Co Baydenin uğursuz siyasətinin ağır mirasından xilas olmaq, Birləşmiş Ştatların ənənəvi tərəfdaşları ilə münasibətləri yenidən bərpa etmək, sabiq prezidentinin və ətrafının “xeyir-duası” ilə başladılan müharibələri dayandırmaq kimi çətin bir vəzifənin öhdəsindən gəlmək kimi gərgin diplomatik səylər gözləyir. Qənaətimə görə, Donald Trampın qarşılıqlı maraqlar üzərində qurulan yeni dünya düzəninə, liberal qloballaşmanın doğurduğu fəsadların aradan qaldırılmasına, ümumbəşəri dəyərlərə və klassik ailə modeli institutuna, milli suverenlik prinsiplərinə və müharibələrin, qarşıdurmaların dayandırılmasına olan baxış bucağı, onun prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərinin yenidən qarşılıqlı faydalı əməkdaşlıq zəminində inkişaf etdiriləcəyinə, enerji təhlükəsizliyi sahəsində Bakı-Vaşinqton münasibətlərinin daha da dərinləşəcəyini söyləməyə əsas verir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, dünya müharibələrdən, münaqişələrdən və böhranlardan yorulub və bəşəriyyətin sözün əsl mənasında, “dərindən nəfəs almasına”, dialoq formatına qayıtmasına, sivilizasiyalararası qarşıdurma layihələrindən imtina edərək, mədəniyyətlərarası dialoq platformasına qayıtmasına, süni, çoxluğun iradəsinin qondarma azlıqlara tabe etdirilməsi kimi xalqları, dövlətləri uçuruma sürükləyən rüsvayçı geosiyasi layihələrin dayandırılmasına böyük ehtiyacı var.

“Bu xüsusda, Birləşmiş Ştatların yeni Pezidentinin baxış bucağı ilə Azərbaycanın uzun illərdən bəri təbliğ və təşviq etdiyi dəyərlər arasında paralellərin çox olduğunu söyləyə bilərik. Məhz bu amillər, həmçinin beynəlxalq münasibətlər sistemində tarixin bütün dövrlərində önəmli yer tutan şəxsiyyət faktoru yaxın zaman kəsiyində ABŞ-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynaya bilər”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri