Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Dörd il ötdü Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin lokomativinə çevrilə bilib

Dörd il ötdü Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin lokomativinə çevrilə bilib

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi 4 il müddətində qarşıya qoyulan məqsədlərin əhəmiyyətli hissəsinə çatıb.

Bu sahədə problemlər həddindən artıq çox idi, artıq azalmaqdadır, bunu etiraf etmək lazımdır. Proses 2021-ci ildən başlayıb, Prezident İlham Əliyev  “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı və Medianın İnkişafı Agentliyi yaradıldı. Agentlik icraçı direktor Əhməd İsmayılovun rəhbərliyi ilə Prezidentin media siyasətinin lokomotivinə çevrilə bilib, yenilikləri yüksək peşəkarlıqla həyata keçirir.

Media sahəsində islahatlar həyata keçirmək elə də asan məsələ deyil. Azərbaycan mətbuatı müasir çağırışlara 1990-cı illərin "hay-küy", xaos prizmasından yanaşırdı. Ona görə də nəinki beynəlxalq, heç ölkədaxili nüfuzdan söhbət gedə bilməzdi. Bir neçə dəfə dəyişiklik edilən, amma boşluqları açıq-aşkar görünən "Kütləvi informasiya vasitələri haqqında" qanun 2022-ci ildə qüvvədən düşdü, beynəlxalq normaları özündə ehtiva edən "Media haqqında" qanunun icrasına başlanıldı. Məhz bu qanun jurnalistlərin hüquqlarının müdafiəsi baxımından önəmli rola malikdir. Burada söhbət qələmi alver predmetinə çevirənlərdən deyil, jurnalistika ilə məşğul olanlardan gedir. Qanunun icrası mərhələsində Media Reyestri yaradıldı və bu, media subyektlərinin və jurnalistlərin vahid elektron bazasına çevrildi. Reyestrə daxil edilmək üçün əsas tələblərdən biri budur ki, sayta gündəlik 20 özəl xəbər yerləşdirilsin. Medianın İnkişafı Agentliyinə hücum da elə bu zaman başladı, guya azad mediaya basqı edilir, söz və mətbuat azadlığı boğulur və s. Bəyanat, çağırışlar, məhkəmələr... Hələ indiyədək məhkəmədə Agentliyə qalib gələn olmayıb, çünki qurum qanunun icrası ilə məşğuldur, o qanun ki Milli Məclis tərəfindən qəbul edilib, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Dörd il müddətində çoxsaylı təlimlər, maarifləndirici tədbirlər keçirilib, geniş auditoriyanı əhatə edən "media savadlılığı" layihəsi uğurla icra olunub. Artıq cəmiyyətdə jurnalistlərə etimad mühiti formalaşıb, media nümayəndələrinin nüfuzu yüksəlib, "reket" damğası aradan qalxır, şantaj və böhtan xarakterli materialların sayı kifayət qədər azalıb. Bütün ağır yükü Medianın İnkişafı Agentliyi uğurla daşıdı, adından da göründüyü kimi, inkişafa dəstək verdi. Proses davam edir və etməlidir də. Müsbət işlərin həyata keçirilməsinə zaman lazımdır, 30 il yığılıb qalan problemləri bir anda aradan qaldırmaq mümkün də deyil. Əminik ki, MEDİA jurnalistlərlə birgə media sahəsini nəzərdə tutulan zirvəyə qaldıra biləcək. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkənin, qalib xalqın mediası yüksələn xətlə davam etməlidir. 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyini və əməkdaşlarını təbrik edir, həyata keçirdikləri şərəfli işdə uğurlar arzulayıram. 

İlkin Pirəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see151

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see116

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see109

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see109

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri