Icma.az
close
up
RU
Dörd ilin yekunu: Müharibə Ukraynanı hansı hala saldı? VİDEO

Dörd ilin yekunu: Müharibə Ukraynanı hansı hala saldı? VİDEO

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Mən, həqiqətən, bir gün Amerika Birləşmiş Ştatlarının prezidenti ilə birlikdə bura gəlmək istəyirəm. Əminəm ki, yalnız Ukraynaya gələrək, öz gözlərinlə bizim həyatımızı və mübarizəmizi görmək, xalqımızın və bu ağrının böyüklüyünü hiss etmək olar".

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dörd ilin yekunu: Müharibə Ukraynanı hansı hala saldı? - VİDEO

"Burada təcavüzkar kimdir və kimə təzyiq göstərilməlidir? Ukrayna həyat mübarizəsi aparır və bu, küçə döyüşü deyil. Bu, suveren dövlətə qarşı xəstə bir dövlətin hücumudur və bu müharibə Vladimir Putinlə bağlıdır. Müharibənin başlanma səbəbi də odur, sonuna mane olan da", - deyə o bildirib.

2022-ci il fevralın 24-də Rusiya qoşunları Ukrayna sərhədlərini keçəndə tarix bir daha sübut etdi ki, xəritələr əbədi çərçivəni göstərmir, onlar bəzən qanla yenidən çəkilə bilir. Müharibədən 4 il keçdi. Mariupol artıq şəhərə bənzəmir, Buça küçələri susur, Xarkov bombaların altında dirənişin nə olduğunu öyrənir, Odessa çoxmərtəbəli binaları ilə çoxdan vidalaşıb, Kiyev isə gecələr işıqları söndürüb səhərləri ümidlə açır.

Kreml divarları arxasında Vladimir Putinin "xüsusi əməliyyat" adlandırdığı hərəkətə görə diplomatiya cəbhəsi açıldı. Tərəflər İstanbul masalarında oturdu, qələmlər bəzən güllələrdən güclü görünmək istədi. Qara dənizin dalğaları arasında "Taxıl sazişi" doğuldu, müharibənin içindən çıxan nadir razılaşma.

Amma razılaşmalar tez-tez pozuldu, bəyanatlar mərmilərdən daha sürətli hərəkət etdi. NATO genişlənmək qərarı verdi, Avropa İttifaqı sanksiyalar paketlərini ard-arda açıqladı. Diplomatiya və iqtisadiyyat bu müharibənin görünməyən cəbhələri oldu.

Bu müharibə hələ bitməyib. Amma ümid hər zaman insanın sonuncu səngəridir. Ukraynalılar da danışıqlar masasında V.Putinlə sülhə nail olmağa o qədər də inanmadıqlarından döyüşərək qalib gələ biləcəkləri bir səhərə daha çox ümidlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri