Icma.az
close
up
RU
“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib FOTOLAR

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Milli Observatoriyan İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Birliyə üzv olan bir çox şirkətin nümayəndələri iştirak edib.

 Birliyin üzvlərinə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, hazırda layihənin əhatə dairəsi  5 mindən artıq işçini ötüb.

İlkin mərhələdə 5-i dövlət, 7-si özəl sektor olmaqla, ümumilikdə 12 müəssisədə əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin təşviqi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

Layihə çərçivəsində iş yerlərinə “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində müəssisələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yardım edilib. Habelə əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətin qiymətləndirilməsi aparılıb, qiymətləndirmə nəticəsində mövcud çatışmazlıqlar aşkar edilərək, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təşkil edilib.

Təqdimatda layihənin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi, ötən il 3 beynəlxalq mükafata layiq görüldüyü diqqətə çatdırılıb.

 “DOST Müfəttiş” layihəsi ölkəmizdə əmək münasibətlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində yeni və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri