Dostu ilə eyni vaxtda şəhid olan Əbdülməcid Axundov: Anasından təsirli açıqlama VİDEO
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova Baku TV-yə müsahibəsində oğlunun şəhadətə gedən son anlarından danışıb.
O bildirib ki, Aprel döyüşləri başlayan günlərdə Əbdülməcid qardaşı Elçini ad günü münasibətilə telefonla təbrik edib və bu, onun ailəsi ilə son danışığı olub. Bundan sonra onunla əlaqə kəsilib. Ana günlərlə Əbdülməciddən xəbər gözləyib, lakin şəhid olduğu xəbəri bir müddət ondan gizlədilib.
Ceyran Həsənovanın sözlərinə görə, şəhadət xəbəri ona aprelin 8-də çatdırılıb.
"Əbdülməcidin nəşi silahdaşı və universitet yoldaşı Elvin Mirzəyevlə birlikdə tapılıb. Hadisə yerində təsirli mənzərə ilə qarşılaşıblar. O, Elvin Mirzəyevin topuğundan tutmuş vəziyyətdə olub. İlk ehtimala görə, Elvin Mirzəyev daha əvvəl şəhid olub, Əbdülməcid isə dostunu xilas etməyə çalışarkən həyatını itirib", - deyə o, qeyd edib.
Şəhid anası Əbdülməcidin ən böyük arzusunun Qarabağ uğrunda döyüşmək olduğunu söyləyib:
"O, çox vətənpərvər oğlan idi. Əbdülməcid kimi oğullar təəssüf ki, çox qısa ömür yaşadılar. Amma Azərbaycanın Zəfər tarixinə öz imzalarını yazmağı bacardılar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Aprel 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















