Icma.az
close
up
RU
Dostunu evinə çağırıb yeyib içdilər, arağa görə burnunu sındırdı

Dostunu evinə çağırıb yeyib içdilər, arağa görə burnunu sındırdı

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda sərxoş kişi spirtli içkiyə görə dostunun burnunu sındırıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner bağları" ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnar Qurbanov (soyadı şərtidir) sosial şəbəkədə Vahid adlı şəxslə tanış olub. Onlar sosial şəbəkədə bir müddət danışandan sonra aralarında dostluq münasibətləri yaranıb.

Bir gün Vahid Elnarı evinə qonaq dəvət edib. Lakin Elnar yolun uzaq olduğu üçün getmək istəməyib. Vahid təkid etsə də, dostu onlara gəlməkdən imtina edib. Nəticədə Vahid özü Elnargilə qonaq getmək qərarı verib. O, Elnarla danışıb və Elnar razılaşıb. Vahid Elnarın yaşadığı Hövsan qəsəbəsi, "Kondisioner bağları" ərazisindəki evinə gəlib. Dostlar bir litr spirtli içki qəbul etdikdən sonra Vahid daha bir litr araq almağı Elnardan xahiş edib. Elnar isə onun bu təklifini rədd edib və ondan evlərinə getməyi xahiş edib. Sərxoş vəziyyətdə olan Vahid çantasından pul çıxarıb araq almaq istəyərkən, Elnar həmin pulu onun əlindən alıb. Nəticədə dostlar arasında dava düşüb. Dava zamanı Elnar stoldakı boş araq şüşəsi ilə Vahidin baş və sifət nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Elnarın alın sümüyü və burnu sınıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Elnar saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və E.Qurbanov barədə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşaraq Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı Vahid dəymiş ziyana görə Elnardan dörd min manat təzminat istəyib. O, bildirib ki, burun və alın nahiyəsinin plastik cərrahiyyə əməliyyatı üçün ondan 4-5 min manat tələb olunub, o isə həmin məbləği vermək imkanında olmayıb.

Məhkəmənin hökmü ilə E.Qurbanov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri