Dövlət Agentliyinin Müşahidə Şurası toplandı: İdarə Heyətinin sədri və müavinləri təyin edildi
Icma.az bildirir, Mia.az portalına istinadən.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
İclasa sədrliyi ümumi razılıq əsasında Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev edib. O, məlumat verib ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi artıq nümayəndələrini təqdim edib.
Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:
1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;
2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;
3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;
4) Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;
5) Rizvan Nəbiyev - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin İdarə Heyətinin üzvü;
6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;
7) Fizzə Mirzəyeva - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü; Rizvan Nəbiyev
Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
O, Fərmandan irəli gələrək, Müşahidə Şurasının sədrinin seçilməsini təklif edib.
Qeyd edilib ki, Müşahidə Şurasının üzvləri "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.
Fuad Məmmədov bildirib ki, artıq Agentliyin "İcraçı direktoru" vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb.
Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb.
Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Aygün Əliyeva qarşıya qoyulan vəzifə və tapşırıqlar yüksək səviyyədə icra ediləcək. Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək, 2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib.
Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.
Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















