Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiqləndi
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanı olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.
Ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin təşkil və koordinasiya edilməsi, dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması, müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi və müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Şuranın fəaliyyət istiqamətləri kimi müəyyənləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Aprel 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















