Icma.az
close
up
RU
Dövlət bağçalarında yer yoxdur, özəllərin qiyməti isə ceyran belində

Dövlət bağçalarında yer yoxdur, özəllərin qiyməti isə ceyran belində

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu bağça məsələsi lap kör düyünə dönüb. Dövlət bağçalarına gedirsən, deyirlər, "yer yoxdur". Baxırsan ki, qonşunun uşağı da, əmioğlunun balası da eyni dərddədir”.

Bunu Bakıvaxtı.az-a paytaxt sakini Gülnarə Səfərova deyib.

Övladını dövlət bağçasına yazdıra bilməyən G.Səfərova özəllərin qiymətinin əl yandırmasından da şikayətlənir:

“Məcbur qalırıq, ya nənə-baba baxır, ya da işdən çıxıb özümüz baxmalı oluruq. Ay bacı, adam işləməsin, uşaq da bağçaya getməsin, biz nə edək?!"

Ceyhun Məmmədov: Özəl bağçalar müəyyən güzəştə getməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələ dünyanın bir çox yerində, həmçinin Azərbaycanda da aktualdır. Bu məqsədlə Elm və Təhsil Nazirliyi bir sıra layihələrin icrasına başlayıb.

Onun sözlərinə görə, dövlət tərəfindən özəl bağçalara göstərilən maddi dəstək, yəni vəsaitin bir hissəsinin qarşılanması, atılan addımlardan biridir.

"Hesab edirəm ki, bu sahədə dövlətin dəstəyi çox önəmlidir və hazırda bu dəstək lazımi səviyyədə göstərilir", - deyə deputat bildirib.

Müsahibimiz qeyd edib ki, bağçalar da müəyyən güzəştlərə getməlidir:

"Özəl bağçalar qiymət müəyyən edərkən vətəndaşların maddi durumunu da nəzərə almalıdır. Qiymət siyasəti biznes məqsədilə deyil, balalarımızın inkişafı və gələcəyi üçün hər təbəqəyə əlçatan olmalıdır”.

Ceyhun Məmmədov hesab edir ki, dövlət bağçalarının sayının artırılması və mövcud bağçaların optimallaşdırılması - yalnız yeni bağçaların açılması deyil, mövcud dövlət bağçalarının daha səmərəli istifadəsi üçün inzibati və logistika həlləri də həyata keçirilməlidir.

Elmin Nuri: Dövlət bağçalarının əsas problemi uşaq sıxlığı və yer azlığı ilə bağlıdır

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də Bakıvaxtı.az-a bildirib ki, bu gün Azərbaycanda həm dövlət, həm özəl bağçalarla bağlı ciddi problemlər var. Dediyinə görə, dövlət bağçalarının əsas problemi uşaq sıxlığı və yer azlığı ilə bağlıdır:

“Çox təəssüf ki, dövlət bağçalarının sayı 2500-ü ötmür. Azərbaycanda bağçaya getməli olan hər 4 azyaşlıdan 1-i bu imkandan faydalana bilir. Bu böyük bir problemdir".

Ekspert qeyd edib ki, dövlət bağçalarının bu probleminə görə özəl bağçaların üzərinə çox yük düşür:

"Özəl bağçalar müəyyən obyektiv və subyektiv səbəblərdən qiymət şərtlərini yüksək qoyurlar. Ölkədə cəmi 133 özəl bağça var. Bəzilərinin bir neçə filialı var, bəzilərinin isə yalnız 1 filialı var. Bu da say olaraq azdır. Özəl sektorla bağlı stimullaşdırıcı addımlar mütləq şəkildə atılmalıdır".

Müsahibimiz vurğulayıb ki, bağça təkcə tədris mühiti deyil, həm də valideynlərin normal, daha komfortlu, daha rahat işləmələri üçün vacibdir:

“Valideyn işə gedərkən uşağını etibar edəcəyi bağça olmalıdır. Amma biz nəinki etibar etmək, heç bağça tapa bilmirik".

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri