Icma.az
close
up
RU
Dövlət başçısı Palau Prezidenti ilə görüşdü

Dövlət başçısı Palau Prezidenti ilə görüşdü

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Palau Respublikasının Prezidenti Surangel Uipps ilə görüşüb.

Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Qonaq qeyd etdi ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub. Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə etdi.


Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırdı. O, vurğuladı ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.


Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunmuş Zirvə Toplantısı keçirilib. Dövlətimizin başçısı Azərbaycanın Millətlər Birliyi (Commonwealth of Nations) təşkilatı ilə birlikdə kiçik ada dövlətlərinə xüsusi yardım proqramını həyata keçirdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda təşkilat çərçivəsində Azərbaycanın kosmik imkanlarını səfərbər edərək həmin dövlətlərin üzləşdiyi iqlim problemləri barədə məlumat bazası sisteminin yaradılması məsələsini qeyd etdi.


Prezidenti vurğuladı ki, on ildən artıqdır, Paris razılaşmasının 6-cı bəndi üzrə danışıqlar aparılsa da məhz Bakıda keçirilən COP29-da bununla bağlı irəliləyiş əldə olunub. Dövlətimizin başçısı bundan başqa İtki və Zərərə Cavab Fondunun artıq fəaliyyətə başlamasını və onun Katibliyinin müəyyən edilməsini irəliyə doğru olan atılan mühüm addımlar kimi dəyərləndirdi.
Söhbət zamanı bütün dünyadan, xüsusilə də inkişaf etmiş dövlətlərdən yeni maliyyə hədəfləri ilə əlaqədar gözləntilərin olduğu qeyd edildi.


Palau Prezidenti dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see176

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see144

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see139

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see138

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see136

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see130

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see129

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see128

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see128

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see125

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see121

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see119

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see116

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see115

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see114

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see114

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see113

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see112

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri