Icma.az
close
up
RU
Dövlət dilimiz TƏHLÜKƏDƏ: Lövhələrdə və vitrinlərdə Azərbaycan dili haradadır?

Dövlət dilimiz TƏHLÜKƏDƏ: Lövhələrdə və vitrinlərdə Azərbaycan dili haradadır?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dili xalqımızın minilliklər boyu formalaşmış mədəniyyətini, düşüncə tərzini, tarixi yaddaşını və mənəviyyatını yaşadan ünsiyyət vasitəsidir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dili funksiyasını yerinə yetirir. Bu, dilimizin geniş coğrafiyada yaşadığını, beynəlxalq səviyyədə tanındığını və xalqımızın milli kimliyinin ayrılmaz bir parçası olduğunu sübut edir.

Azərbaycan dili öz zəngin leksikası, ahəngdarlığı və ifadə imkanları ilə dünya dilləri içərisində öz layiqli yerini qoruyub saxlayır. Lakin etiraf etməliyik ki, qloballaşma, texnoloji inkişaf və müxtəlif mədəni təsirlərin güclənməsi ilə bu dildə də müəyyən yad təsirlərin izləri hiss olunmağa başlayıb. Təəssüf ki, son illərdə bu təsirlər təkcə dilin leksikasında deyil, həm də onun ictimai məkanlarda istifadə formalarında, qrammatikasında və təqdimat üslubunda özünü göstərir.

Bakının küçələrində, ticarət obyektlərində və ictimai iaşə yerlərində buna çox rast gəlinir. Mağazaların və reklam lövhələrinin böyük əksəriyyətində yazıların ingilis dilində olması artıq adi bir mənzərəyə çevrilib. “Sale”, “Coffee shop”, “Beauty studio”, “Fashion house” kimi adlar, doğrudur, müasir görünə bilər, lakin bu adlar Azərbaycan şəhərində deyil, Avropanın hansısa şəhərində olduğumuz təəssüratını yaradır. Halbuki, Azərbaycan dili Konstitusiya ilə dövlət dili elan olunub, bütün rəsmi və ictimai həyatda istifadəsi təmin edilib. Belə bir şəraitdə ictimai məkanda ana dilindən istifadənin azalması, açıq şəkildə dövlət dilinə və milli dəyərlərə hörmətsizlikdir.

Daha narahatedici bir hal isə bəzi iaşə və xidmət obyektlərinin adlarının rus dilində, lakin latın qrafikasında yazılmasıdır. “Zloy kofe”, “Palirovka”, “Moyka”, “Balansirovqa” kimi ifadələr nə düzgün Azərbaycan dili nümunəsidir, nə də rus dilinə tam uyğun gəlir. Bu, nəinki savadsızlıq göstəricisidir, həm də dilə olan etinasızlığın bariz nümunəsidir. Belə yanlış və qarışıq yazıların artması isə xüsusilə gənc nəsildə dil normalarına biganə münasibət formalaşdırır.

Eyni vəziyyət avtomobil ehtiyat hissələri satılan mağazalarda da müşahidə olunur. Burada hissələrin adları çox zaman rus dilindən olduğu kimi götürülür, lakin latın qrafikasında, həm də kobud orfoqrafik səhvlərlə yazılır. Belə yazılarla tez-tez rastlaşmaq, insanların yaddaşına bu formaların düzgün variant kimi hopmasına səbəb olur. Zaman keçdikcə cəmiyyət düzgün ilə yanlış arasındakı sərhədi ayırd edə bilməyəcək. Bu isə dilin saflığı üçün ciddi təhdid yaradır.

Bunlardan əlavə, insanlarımızın danışığında rusca ifadələr daha tez-tez səslənir. Qeyd etmək lazımdır ki, dilin bu şəkildə ifadə vasitəsi əcaib hadisə kimi qiymətləndirilməlidir. Vətəndaşlar nitqlərində rus və Azərbaycan dillərində qarışıq ifadələri birgə işlədirsə, bu, dilimizə sayğı göstəricisi sayıla bilməz.

Məsələnin ciddiliyini nəzərə alan Azərbaycan dövləti son illərdə bu sahədə ardıcıl və məqsədyönlü addımlar atır. Azərbaycan dili ilə bağlı ölkə rəhbərliyi tərəfindən onlarla sərəncam və fərman imzalanıb, Dövlət Proqramı qəbul olunub. Prezident İlham Əliyevin təşəbbüsü və imzası ilə qəbul edilən “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə bu istiqamətdə ən vacib sənədlərdən biridir. Həmin sənəddə dilimizin leksik və qrammatik qaydalarının qorunmasının zəruriliyi xüsusi olaraq vurğulanır. Qeyd olunur ki, dilin normalarının pozulması yalnız dil mədəniyyətini deyil, bütövlükdə cəmiyyətin mədəni səviyyəsini də aşağı salır.

Bu baxımdan Azərbaycan dilinin saflığını qorumaq təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Ana dilimizə münasibət, əslində xalqımızın özü-özünə münasibətidir. Bir xalq öz dilinə sahib çıxmırsa, onun milli kimliyi də, mədəni irsi də zamanla silinməyə məhkumdur. Biz bu gün Azərbaycan dilini yaşatmaqla təkcə bugünkü nəsillərə deyil, gələcək nəslə də bir mədəniyyət və mənəviyyat mirası ötürürük.

Azərbaycan dili təkcə danışıq vasitəsi deyil, həm də milli ruhun ifadə vasitəsidir. Bu dilin qorunması, inkişaf etdirilməsi və gündəlik həyatda layiqincə istifadə olunması bizim dövlətçiliyimizin, müstəqilliyimizin, mədəniyyətimizin və milli varlığımızın əsas dayaqlarındandır. Bu mənada dilin saflığı uğrunda mübarizə yalnız filoloqların və ya dilçilərin işi deyil, bütün xalqın ortaq vəzifəsidir.

Dilimizin qorunması təkcə qadağalar və cərimələrlə yox, həm də maarifləndirmə, sevgi və nümunə ilə mümkündür. Əgər biz öz dilimizi sevərək danışsaq, onu düzgün və qürurla istifadə etsək, gələcək nəsillər də bu mirasa eyni dərəcədə dəyər verəcək. Unutmayaq, Azərbaycan dili bizim kimliyimizdir, onu qorumaq isə hər birimizin vicdan və vətəndaşlıq borcudur.

Rəsul Mirhəşimli,

filoloq, araşdırmaçı jurnalist

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyul 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri