Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirən ekstremist qruplaşma üzvünə hökm oxunub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən ekstremist qruplaşmanın üzvü Kamran Babayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kamran Babayevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Kamran Babayev DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar, bir qrup şəxs tərəfindən törədildikdə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 29 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















