Icma.az
close
up
RU
“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib

“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib

Icma.az, Aznews.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir “Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib.

İlk olaraq Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı, s.e.f.d., dosent Elnur Əliyev çıxış edib. O, Dövlət İdarəçilik Akademiyasının innovativ idarəetmə yanaşmalarına xüsusi önəm verdiyini, bu təşəbbüslərin dövlət qurumlarında müasir texnologiyaların tətbiqini sürətləndirmək, idarəetmədə çevikliyi artırmaq və qərarvermə prosesini daha effektiv, məlumat əsaslı etmək məqsədi daşıdığını bildirib. Dövlət İdarəçilik Akademiyasının bu proqramın əsas tədris və tədqiqat mərkəzi kimi çıxış edərək, dövlət idarəçilərinin yeni bacarıqlar qazanmasını təmin etdiyini və gələcəyin idarəçilərini süni intellekt, böyük verilənlər analitikası və innovativ idarəetmə prinsipləri ilə tanış edərək onları rəqəmsal transformasiyaya hazırladığını vurğulayıb. Elnur Əliyev həmçinin bildirib ki, bu yanaşma yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də idarəetmənin gələcəyini formalaşdırır.

Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fidan Sadıqova proqramın icrası və əldə olunan nailiyyətlər barədə məlumat verib. O, proqramın dövlət idarəçiliyində rəqəmsal inkişafa və analitik yanaşmanın təkmilləşdirilməsinə verdiyi töhfəni və bu təşəbbüsün dövlət sektorunda innovasiya proseslərini gücləndirəcəyini bildiriib.

Təlimçi Qalib Əhmədov proqramın məzmunu, tədris prosesi və əldə olunan nəticələr haqqında məlumat verib. O, iştirakçıların məlumatların emalı və süni intellektin tətbiqi sahəsində qazandıqları praktiki bacarıqları vurğulayıb.

Tədbirin gedişatında məzun layihələr arasında seçilmiş üç layihə təqdim olunub. Nicat Səmədzadənin rəhbərliyi ilə hazırlanan “E-gov” layihəsi dövlət idarəçiliyində rəqəmsal hökumətin qurulması istiqamətində innovativ yanaşmaların tətbiqini nümayiş etdirib. Fidan İbrahimovanın “Xəstəxanaların rəqəmsal idarəetmə sistemi” layihəsində səhiyyə sektorunda rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulanıb.

Sonda keçirilən səsvermə nəticəsində innovativ yanaşması və praktiki tətbiq imkanları ilə seçilən Nicat Səmədzadənin “E-gov” layihəsi qalib gəlib.

Proqram çərçivəsində iştirakçılar məlumatların emalı, qərarvermə prosesində süni intellektin tətbiqi və rəqəmsal transformasiya kimi vacib bacarıqlara yiyələniblər. Dövlət sektorunda müasir texnologiyaların rolunu artırmaq və idarəetmədə innovativ yanaşmaları tətbiq etmək məqsədi daşıyan bu təşəbbüs gələcək idarəçilər üçün mühüm bilik və təcrübə platforması oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see200

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see133

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see129

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see122

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see122

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see121

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see121

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see120

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see120

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see119

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see115

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see114

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see113

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see113

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see112

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

25 Fevral 2025 08:00see112

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see111

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see110

Müharibənin üç ili: ağır fəlakət, acı təcrübə

25 Fevral 2025 07:35see108

Bu gün Ruben Vardanyanın məhkəməsi davam edəcək

25 Fevral 2025 09:25see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri