Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Dövlət idarəetməsində sinerji və innovativlik: Azərbaycan təcrübəsi

Dövlət idarəetməsində sinerji və innovativlik: Azərbaycan təcrübəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

I MƏQALƏ

Dövlət idarəçiliyi

Dövlət idarəçiliyinin fəlsəfəsi intensiv olaraq inkişaf edir. XXI əsrdə cəmiyyətin struktur və funksiyaca daha da mürək­kəbləşməsi ilə yanaşı, qlobal geosiyasi dinamikada xaotik ritmlərin çoxalması liderlərin dövlət idarəedilməsinə fərqli ya­naşmalarını tələb edir. Bu barədə kifayət qədər nəzəri araşdırmalar mövcuddur və proses davam edir. 

Bu məsələnin praktiki tərəfi özündə ictimai proseslərin idarəedilməsinin ümu­mi prinsip və metodlarını hazırlamaqla sıx bağlıdır. Buna görə də son illər dövlət idarəçiliyinə elmi yanaşmalara daha çox üstünlük verilir. Hazırda elmdə idarəçi­liyə sistem, funksional, faliyyət, situasi­on, institusional və kompleks yanaşmalar mövcuddur. Bunların hər birinin üstün və zəif cəhətləri vardır. Təcrübə göstərir ki, konkret dövlətdən asılı olaraq ən səmərəli metod fərqli yanaşmaların optimal kombi­nasiyası ilə bağldır. Burada həm ölkənin idarəedilmə ənənəsindən, həm də ən müa­sir texnoloji tətbiqlərə söykənən metodlar şəbəkəsindən istifadə etmək lazım gəlir. 

Biz məsələni ümumfəlsəfi mücərrəd səviyyədə deyil, AMEA-nın yeniləşmə kursu prizmasında konkret Azərbaycan təcrübəsinə aid olan bir sıra fəlsəfi məqam­lar fonunda təhlil etməyə çalışacağıq. Aka­demiya müstəqil Azərbaycanın idarəedil­məsinə nəzəri yanaşmaların hazırlanması aspektinə tədqiqatlarında ciddi diqqət ye­tirir. Bu prosesi elmi təşkilat Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu çərçivəsində Azərbaycançı­lıq fonunda həyata keçirir. Biz Azərbaycan təcrübəsinə məhz bu məqamları nəzərə alaraq baxmağa çalışacağıq. 

Azərbaycan təcrübəsinin nəzəri özəllikləri

1993-cü ildən başlayaraq müstəqil Azərbaycanda dövlət idarəçiliyinin həyata keçirilməsində bir sıra parametrlərin qarşı­lıqlı münasibətini vurğulamaq olar. Onlar ümumi “idarəetmə səmərəliliyi” məqsə­dinə xidmət edirlər. Ümumi səviyyədə məsələ məhz müstəqil Azərbaycanın dölət orqanlarının kompleks halında dövlətçilik baxımından maksimum səmərəliliyə nail ola bilmələri kontekstində qoyulmuşdur. İdarəetmədə səmərəlilik həm strukturca, həm də funksiyaca dövlət orqanlarının fəa­liyyətinin ortaq sinerji yaratmasını ehtiva etməkdədir. “Ortaq sinerji” Azərbaycanda idarəçiliyin iki aspektdə anlamı üçün əhə­miyyətlidir. 

Birincisi, hər bir dövlət orqanının ayrı­ca səmərəli fəaliyyət qabililiyyətinə malik olması. Bu, konkret təşkilatın öz struk­tur-funksional yapısını müasir tələblərə uyğun güclü dövlət və yüksək rifah cəmiy­yəti formalaşdırılmasına xidmət konteks­tində yaratması anlamına gəlir. 

İkincisi, dövlət orqanları kompleks ha­lında elə fəaliyyət sinerjisi yaratmalıdırlar ki, qarşıya qoyulan məqsədlərə birgə çat­maq mühiti yaransın. 

Yeni tarixi mərhələdə məsələnin ikinci aspekti daha da önəmli olmuşdur. O, Azər­baycanın faktiki olaraq milli güclü dövlət­dən regional liderliyə və indiki mərhələdə regionlararası məkanda ciddi söz sahibi olan dövlət statusuna yüksəlməsi ilə bağ­lıdır. Bu proses həm gərgindir, çox böyük güc tələb edir, həm də hakimiyyət-cəmiy­yət münasibətləri kontekstində son dərəcə yüksək sinxronluq, ahəngdarlıq və sistem­lik tələb edir. Həmin parametrlərin birgə yaratdığı effekt harmoniya formasında Azərbaycanın idarəçilik sinerjisidir! 

Sonuncu tezisdən çox vacib bir qənaət əldə edilir. Onu aşağıdakı kimi yığcam ifa­də edə bilərik: yeni tarixi mərhələdə dövlət təşkilatları struktur-funksional aspektdə sinerji yaratmalıdırlar. Yəni onlar struktur dəyişiklikləri ilə funksiyalarını digər bütün dövlət qurumları ilə qarşılıqlı əlaqədə elə məcraya yönəltməlidirlər ki, iradəçiliyin yekun effekti kimi sinerji yaransın! 

Dövlətin inkişafının yeni tələbləri

Sonuncu tezis işığında idarəçilik baxı­mından bir mühüm məqamı vurğulamağa ehtiyac vardır. Müasir idarəçilik fəlsəfə­sində dərin təhlillərlə yanaşı, cəmiyyətin ədalətli və dayanıqlı inkişafına istiqamət­lənmiş idarəetmə modellərinə üstün­lük verilir. Azərbaycan təcrübəsində də, ümumiyyətlə, “ədalətli cəmiyyət”, “sabit cəmiyyət”, asayişi təmin edilmiş cəmiy­yət” kimi dəyərlərə həmişə böyük qiymət verilmişdir. Azərbaycan cəmiyyəti ənənə­dən idaretmənin səmərəliliyi kontekstin­də ədalətli, dayanıqlı və nizam-intizamlı cəmiyyətin formalaşmasına xüsusi diqqət yetirmişdir. Ədalətli olmayan idarəetməni azərbaycanlı şüuru qəbul etmir! 

Yeni tarixi mərhələdə bu tələbə ehtiyac daha da artmışdır. Bir nümunədə məsələ­nin bu tərəfinə baxa bilərik. İdarəetmə fəlsəfəsində müxtəlif nazirliklər və təş­kilatlar arasında qarşılıqlı əlaqələrin cə­miyyətə təsiri istiqaməti xüsusi araşdırılır. Məsələn, tədqiqatlarda Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazir­liyi arasında əlaqələrin sinergetik effekti­nin əlamətləri hansılar ola bilər? Burada adətən iki mühüm faktoru vurğulayırlar.

Birincisi, xəstəliklərin səmərəli profi­laktikası mühitinin yaradılması.

İkincisi, sağlam həyat tərzinin inkişafı. 

Bu iki şərtin yerinə yetirilməsi üçün vurğulanan nazirliklərin struktur və funk­sional aspektlərində fəaliyyətlərini mak­simum dərəcədə sinxronlaşdırmaları çox təsirli ola bilər. Bununla yanaşı, çox va­cib bir xüsusiyyətin yeni tarixi mərhələdə Azərbaycan dövlət idarəçiliyi üçün aktu­allaşdığını da qeyd etməliyik. Biz, bütün dövlət təşkilatları üçün əsas məsələ olan kadr hazırlığını və dövlətçiliyə tam uyğun idarəçilik psixologiyasının formalaşması­nı nəzərdə tuturuq. Hər iki məqamın yeni tarixi mərhələdə Azərbaycan dövləti üçün ciddi əhəmiyyəti barədə Prezident İlham Əliyev müxtəlif kontekstlərdə olduqca va­cib fikirlər ifadə etmişdir. Onların üzərində dayanaq.

Yeni tarixi mərhələdə kadrların milliliyi 

Ümumiyyətlə, dünyada XXI əsrdə “millilik” anlayışının məzmunu yeniləşir. Burada etnik mənsubluq, qan birliyi, coğ­rafi məkan (traybolistik kontekstdə rayon, region və s.) arxa plana keçir. Paternalist kriteriyalarla kadr seçimi cəmiyyət və döv­lət üçün faicəvi nəticələr verə bilir. Bunun­la yanaşı, hər bir cəmiyyətin öz ənənəsini nəzərə almadan kadrların hazırlanmasında kəskin universal dəyişikliklər etməsi də başqa xarakterli dövləti faciələrə aparıb çıxarır. Burada yalançı liberlizm, içi boş demokatiya və ya abstrakt insan haqları kimi gəlişigözəl ibarələrin zərəri daha çox ola bilir. Bu təcrübənin ziyanını hələ də bir sıra postsovet məkanı ölkələrində görürlər.

Son illərdə Qərbdə və Rusiyada döv­lətçiliklə bağlı aparılan fəlsəfi və polito­loji tədqiqatlarda problemin bu aspektinə diqqət daha da artmışdır. Azərbaycan üçün məsələnin bu tərəfinin ciddi strateji əhə­miyyət kəsb etdiyini Prezident İlham Əli­yev aydın və dəqiq ifadə etmişdir. Bunu bir neçə dəfə dövlət başçısı məhz dövlətçilik, cəmiyyətdə layiqli şəxsiyyətlərin və kadr­ların yetişdirilməsi kontekstində demişdir. Prezidentin gənc nəsli xarakterizə edərkən görmək istədiyi keyfiyyətlər həm yanaşma tərzi, həm də dövlət kadrı kimi fəaliyyətdə milliliyin kriteriyalarıdır. 

Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimindəki nitqindən bir fraq­ment bu istiqamətdə konkret təsəvvür ya­radır. Ölkə rəhbəri demişdir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinlə­ri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tər­biyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azər­baycan ailəsi sağlam ailədir, ənənələr, mil­li dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktə­binin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtə­lif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox bö­yük önəm daşıyır”.

Bəlkə də, bir qədər uzun iqtibasdır, la­kin o, yeni nəslin yetişdirilməsi kriteriya­ları həm də yeni milli kadrların formalaş­ması məsələsinə də aiddir. Burada seçilən əsas kriteriyalar buna görə də idarəetmə baxımından da çox mühümdürlər. Prezi­dentin bütövlükdə vəziyyəti daha da ümu­mi təqdim etməsinin ilk növbədə məhz bu məntiq daxilində böyük əhəmiyyəti vardır. İlham Əliyev sözlərinə davam edərək ifadə etmişdir: “Bütövlükdə milli-mənəvi dəyər­lərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sar­sılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çat­sa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qar­şısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

Deməli, ümumi miqyasda gənc nəslin yetişdirilməsi bütövlükdə milli-mənəvi dəyərlərlə bağlıdır. Sonuncu isə ilk növ­bədə dövləti mənası olan vəzifədir. Çünki söhbət yekunda gənc kadrların hazırlan­masında milli-mənəvi dəyərlərin yeri və rolundan gedir. Dövləti bu gün ailələrdə və məktəblərdə tərbiyə alan insanlar idarə edəcəklər. Kimsə kənardan hazır kadr ver­məyəcək. Buna görə də Azərbaycan Prezi­denti vurğulayır: “Burada, əlbəttə ki, döv­lət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həm­rəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”.

Deməli, Azərbaycan dövləti idarəetmə fəlsəfəsi ilə elə vətəndaş cəmiyyəti forma­laşdırmalıdır ki, stratejidə müstəqil dövlət­çiliyin qarşısına qoyulan vəzifələrə çatmaq mümkün olsun. 

Məsələnin bu cür təqdimatı avtoma­tik olaraq Azərbaycanda Səhiyyə, Elm və Təhsil və Maliyyə nazirlikləri arasında fəa­liyyət sinxronluğunun çox əhəmiyyətli bir cəhətini anlamağa imkan verir. Bu üç na­zirliyin kompleks fəaliyyəti yuxarıda sağ­lamlıqla bağlı vurğulanan iki mühüm fak­torla yanaşı, milli kadrların yetişdirilməsi aspektində də olduqca vacibdir. Bəs vur­ğulanan nazirliklər və onlarla yanaşı başqa dövlət qurumlarının fəaliyyəti hansı şərtlər daxilində dövlətin gözlədiyi səmərəni verə bilər? Başqa sözlə, bizim baxdığımız kon­tekstdə sağlam, milli dəyərlərə sadiq, eyni zamanda ən müasir idarəetmə psixologiya­sına malik kadrlar yetişdirməyə nail olmaq olar? Məsələnin bu tərəfinin reallaşması xüsusi hazırlanmış konseptual yanaşma tələb edir. Həmin yanaşma həm də ümu­mi qənaətlərin praktiki reallaşmasına geniş imkan yaratmalıdır. Bunlar mütləq surətdə dövlət təşkilatlarının fəaliyyətinin sinxron­luğunun idarəetmə sinerjisinə çevrilməsini tələb edir! Burada Frensis Fukuyamanın geniş istifadə etdiyi və dövlətçiliyə birba­şa aidiyyatı olan “resentiment identiklik” anlayışının oynaya biləcəyi rolu mütləq nəzərə almaq lazım gəlir. Çünki filosofun qənaətinə görə, resentimizm bütövlükdə müasir cəmiyyətlərin hər birinə aid edilə bilər. Resentimentlik ümumi halda müa­sir cəmiyyətlərin sonsuz fraqmentləşmə təhlükəsi ilə bağlıdır. Onun dövlət xidməti institutunun transformasiyasına da ciddi fraqmentləşdirici təsiri ola bilər.

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri