Icma.az
close
up
RU
Dövlət istiqrazlarına maraq artır? Açıqlama

Dövlət istiqrazlarına maraq artır? Açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dövlət istiqrazları bazarında yeni hərrac keçiriləcək. Maliyyə Nazirliyi 200 milyon manat həcmində, 3 illik müddətə, illik 7 faiz kupon gəlirliliyi ilə dövlət istiqrazlarını satışa çıxaracaq. Emissiyanın tam yerləşdirilməsi halında investorların əldə edəcəyi ümumi kupon gəliri 3 il ərzində 42 milyon manata çata bilər.
Dövlətin 7 faiz gəlirliliklə 200 milyon manatlıq istiqraz buraxması investorlar üçün nə dərəcədə cəlbedicidir? Bu hərrac dövlət istiqrazlarına marağın artdığını göstərirmi?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, dövlət qiymətli kağızlarının yerləşdirilməsi onsuz da ənənəvi olaraq hərrac vasitəsilə həyata keçirilir.
Onun sözlərinə görə, burada əsas məsələ hərracın keçirilməsi deyil, həmin hərracda investorların göstərdiyi marağın səviyyəsidir:
“Məsələn, dövlət 200 milyon manatlıq istiqraz təklif edirsə və hərrac nəticəsində həmin istiqrazlar tam həcmdə alınırsa, bu, investorların həmin qiymətli kağızlara marağının olduğunu göstərir.
Hərracda banklar, investisiya şirkətləri və digər maliyyə institutları iştirak edə bilirlər və onların verdiyi sifarişlər bazarın dövlət istiqrazlarına münasibəti barədə müəyyən təsəvvür yaradır. Xüsusilə də təklif olunan istiqrazların tam həcmdə yerləşdirilməsi mühüm göstərici hesab oluna bilər.
Lakin burada yalnız istiqrazların satılıb-satılmamasına deyil, sifarişlərin həcminə, gəlirlilik dərəcəsinə və investorların hansı şərtlərlə vəsaitlərini dövlətə yönəltməsinə də baxmaq lazımdır.
Əgər, məsələn, 200 milyon manatlıq istiqraza qarşı hərrac zamanı daha böyük həcmdə sifariş daxil olubsa, bu artıq həmin alətə tələbin təklifdən yüksək olduğunu göstərə bilər.
Əksinə, istiqrazlar yalnız təklif olunan həcmdə və ya daha aşağı tələblə yerləşdirilibsə, bunu investor marağının yüksək olması kimi qiymətləndirmək üçün əlavə göstəricilərə ehtiyac var. 
Buna görə də hərracın nəticələrini qiymətləndirərkən təkcə “200 milyon manat yerləşdirildi” faktına deyil, həmin məbləğin hansı həcmdə sifarişlə qarşılandığına və hansı faizlə yerləşdirildiyinə də diqqət yetirmək lazımdır”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri