Dövlət klinikalarındakı cərrahlar gəncləri öyrətmir, hədələyir Almaniyada çalışan cərrah səhiyyədən yazdı
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Səhiyyəmizdəki problemlərin əsasında onlarla kiçik sistemlərin paralel mövcudluğunun törətdiyi 'qısaqapanmalar' dayanır.
“Mənim üçün bu ilin ən dəyərli qazancı Azərbaycan səhiyyəsinin dəyişəcəyinə və inkişaf edəcəyinə praktiki nümunələr və təcrübəm əsasında -evidence-based:) - inanmağımdır. Bunun əsas səbəbi bugünkü səhiyyəmizdə "sistem yanaşması"nın tətbiq edilməsi iradəsinin hakim olmasına bu il boyu inamımın formalaşmasıdır.
“Medicina” xəbər verir ki, bunu Almaniyada çalışan azərbaycanlı cərrah Vüqar Yaqublu 2025-ci il Azərbaycan səhiyyəsinin təhlili yazısında bildirib.
O çalışdığı ölkədə Avropa sistemindən danışıb.
“Avropada, Almaniyada oturuşmuş sistemlər fərdlərdən deyil, qaydalardan asılı olduğu üçün gənc həkim növbəti 10-15 illik addımlarını planlaya bilir. O, ehtiyac yarandıqda işin gedişatındakı alternativləri dəyərləndirir, rahatlıqla dəyişikliklər edir və nəticədə şəxsi keyfiyyətlərinə, eləcə də bacarıqlarına uyğun bir sistem həkimi kimi formalaşır. Bizdə isə bu ənənələr hələ yeni formalaşır və proses fərdlərin şəxsi keyfiyyətlərindən, eləcə də seçimlərindən asılıdır.
Məsələn, Dr. Vüsal rayona laparoskopiyanı gətirir, ətrafındakı həmkarlarını toplayıb onlara da bu işi öyrədir. Bax belə insanları tapıb yanlarına getmək lazımdır, çünki onlar öyrətməyə daxili ehtiyac duyan insanlardır.
Amma başqa cərrah qapını çöldən bağlayır: üç əməliyyat zalı varsa, hər birinə öz xəstəsini qoyur və tələsmədən yalnız öz işini görür və heç kimi də buraxmır. Belə birinin yanında nəsə öyrənmək mümkün deyil; əksinə, peşədən həvəsdən düşəcək və “mobbinq“in nə olduğunu dadacaqsınız.
Daxildə olan şəbəkə sənin hqqında xəstələrə və qohumlarına neqativ məlumatlar verəcək, səni hüquq mühafizə orqanları ilə qorxudacaq. Sən əlinə skapel almağa belə çəkinəcəksən. Ya tabe olub ömürlük asıstent olacaqsan, da Alman dili kitabı axtarmağa başlayacaqsan... Amma bir şeyi bilməlisiniz ki, səhiyyəmizdə mövcud iradə sizlərin arxasındadır, sizlərə münbit şərait yaratmağa səmimiyyətlə çalışır.
Səhiyyəmizdəki problemlərin əsasında onlarla kiçik sistemlərin paralel mövcudluğunun törətdiyi 'qısaqapanmalar' dayanır.
Mən bu vəziyyəti 'Self-Made Man Based System' (Özü-özünü inşa etmiş şəxslərə əsaslanan sistem) kimi təsnif edirəm.
Başqa sözlə, çox sayda aparıcı mütəxəssisin dövlət sektorundan kənar fəaliyyət göstərməsi və hər birinin özünəməxsus fərdi sistem formalaşdırması səhiyyəmizin əsas xüsusiyyətidir. Xəstələndiyimiz zaman konkret klinikanı deyil, məhz həmin mütəxəssislərdən birini axtarırıq. Təcrübəli mütəxəssislər istənilən səhiyyə sisteminin uğurunun əsas elementləridir. Onları ya özün tapmalı, ya da almanlar, amerikanlar, fransızlar kimi xaricdən gətirməlisən. Bu isə bahalı bir işdir.
Qısaqapanma nədir və onun bizim işlərlə nə əlaqəsi var sualına qısa aydınlıq gətirim.
Qısaqapanma enerjinin (cərəyanın) arzuolunan hədəfə deyil, ən qısa və müqavimətsiz yolla gedərək hədəfdən yayınmasını təsvir edən bir fenomendir. Enerji qısa və asan yolla axarsa, hazırlıqsız hədəfləri "yandıra" bilir.
İcbari sığorta vasitəsilə bütün xəstələrin müalicəsini əsas hədəf, səhiyyə sistemini isə bu hədəfə aparan elektrik xətti kimi təsəvvür edin. Paylaşdığım kollajdakı hansı xəttin enerjini hədəfə daha uğurla çatdıracağını düşünürsünüz? Üst tərəfdəki şəkildə „qısaqapanma” riski proqramlaşdırılıb, aşağıdakı şəkildə isə bu ehtimal minimumdur və ya yox dərəcəsindədir.

Dövlət klinikalarında çalışanlar, əsasən, gəncləri yetişdirməyə təəssüf ki, zaman tapmırlar və ya özləri də bilmədən onları sistemdən küsdürürlər (mobbing). Bu da digər bir enerji itkisidir. Bu "yan axınlara" hazırlıqsız yaxalananlar isə xəstələrimiz və gənc həkimlərimiz olur.
Odur ki, səhiyyəmizdəki qısaqapanmaların mexanizmini görüb təhlil etməyi və fikirlərimi bölüşməyi özümə borc bilirəm. İcbari sığorta və TƏBİB-in yaranması, məhdud maliyyə imkanlarımızı (məsələn, Almaniyada adambaşına illil gəlir 55 000 $, Azərbaycanda isə 7 800 $) düzgün "kanallaşdırmağa" (istiqamətləndirməyə) çalışır.
Bu prosesdə öz fərdi sistemini qoruyanlara deyil, yeni qurulan vahid sistemin parçası olacaq mütəxəssislərə ehtiyac var. Düşüncəmcə, səhiyyəmizin bu gün ən çətin problemi budur.
"Self-Made Man" sistemlərini təcrübəm əsasında üç sinfə bölərdim:
- Birincilər: Əməkdaşlıq edir (az hissə), yeni reallıqları anlayır, bir az qazanır, özüdə inkişaf edir, sistemi də inkişaf etdirir, və gələcək sistemdə öz yerini möhkəmləndirir (gələcəyinə investisiya)
- İkincilər: Özəl sektorda çalışır və ya ölkəni tərk edirlər. Mən özüm bu qrupa aidəm və məsuliyyətimi anlayıram. Xüsusilə də Şuşanı bizə qaytaran o ruhun qarşısında olan məsuliyyətimi…
- Üçüncülər: Dövlət klinikalarında çalışır, köhnə dövrlərin geri dönməsini arzu edirlər. Onlar yeni sistemi illərdir verdikləri xidmətlərin qarşılığında ədalətsiz olduğunu düşünürlər.
Mən Almaniyada dövlət qurumlarının qurmaq istədiyi modelə uyğun bir sistem daxilində işləyən cərraham. Burada mən istədiyim xəstəni istədiyim zaman deyil, sistemin ehtiyac duyduğu xəstəni təyin olunmuş vaxtda müalicə edirəm.
Məsələn, sonuncu növbəmdə bütün gecəni səhər saat 7-yə qədər bir xəstədə ayağın kritik işemiyası səbəbilə amputasiya, digərində bağırsaq işemiyası ilə bağlı kolektomiya etmişəm; sonda isə üstəlik gənc həmkarıma kəskin öd kisəsi əməliyyatında assistentlik etmişəm. Halbuki mən də o gecəni evimdə yatardım, səhər durub qəhvəaltı edərdim, sonra gedib robotik planlı bir əməliyyat edər və günorta da çıxıb alış veriş edər və ya dostlarla görüçüb nərd ata bilərdim.
Lakin sistem mənə deyir: "Xeyr, öncəliyin təcili köməyə ehtiyacı olanlardır. Eyni zamanda gecənin ortasında gənc uzmana assistentlik et, onu öyrət ki, sən olmayanda yerinə adam olsun".
Bir neçə gün öncə təcrübəli bir cərrahımıza izah etdiyim kimi: Bizlər yanımızda özümüz qədər və ya bizdən daha yaxşı əməliyyat edənləri qəbul etməyə və onları öyrətməyə məcburuq. Əvvəllər tək idik, bütün sistem bizə işləyirdi; indi isə şükür ki, tək deyilik, gənclər var.
Məsələn, 100 min əhalisi olan bir rayonda illik təxminən 5 min (!) cərrahi əməliyyat ehtiyac var. Bunun üçün ən azı 20 cərrah və anestezioloq lazımdır. Bəzi yerlərdə 4-5 əməliyyat edə bilən cərrah var, bəzi yerlərdə heç yoxdur.
Gənclər Azərbaycandan qaçmamalıdır. Əgər qaçırlarsa, səbəbləri var. Gənci etdiyi ilk səhvə görə insanların içində danlamaq və ya onu prokurorla hədələmək ən bəsit mobbinqdir məsələn.
İnsan eqoist məxluqdur. İllərini verdiyi "fərdi sistemindən" imtina etmək ona ağır gəlir. Lakin sehirli çubuq yoxdur. Ünsiyyət, təhlil və ağır qərarlar qaçılmazdır. Sistem həkimi olmaq çətindir, lakin bunun həlli yolunu tapmaq məcburiyyətindəyik.
Üstünlüyümüz ondadır ki, artıq dialoqa açıq idarəçilər var. TƏBİB və İTS komandasının hər tərəfdən tənqidlər altında olmasına, bəzən isə təhqir edilmələrinə baxymayaraq, cəsarətli qərarlar vermə keyfiyyətləri bizim üçün yeni qurulan sistemə inteqrasiya etmək üçün bir şansdır. Lakin hər şey onlardan asılı deyil; onların sehirli çubuğu yoxdur, əslində o "sehirli çubuq"lar bəlkə də bizlərik.
Bir yol tapıb sistem quruculuğunda iştirak etməliyik. Necə ki, Azərbaycan əsgəri Qarabağı almaqla səlnamə yazdı, həkimlərimizin də sistemə töhfə verəcəyinə əminəm.
Aygün Musayeva
MEDİCİNA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















