Icma.az
close
up
RU
Dövlət köməksizin arxasındadır

Dövlət köməksizin arxasındadır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial layihələr isə əsaslı və davamlıdır

"Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", – deyən Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə sosial inkişafın davamlı xarakter almasına, rifah səviyyəsinin ildən-ilə artmasına, sosial təminat sisteminin ildən-ilə güclənməsinə imkan verib.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri də “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” prioriteti müəyyən edilib. Aparılan siyasət vətəndaş rifahının təminatına, həssas əhali qruplarının sosial müdafiə, o cümlədən sosial xidmətlər və reabilitasiya sistemi ilə əhatə olunmasına hədəflənib.

İqtisadi və hərbi gücünü daim artıran, qarşısına qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən və bu yolda böyük nailiyyətlər, qələbələr qazanan, Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycan inklüziv sosial inkişaf və sosial təminat sahəsində böyük irəliləyişlər yolundadır.

Bunun əməli təsdiqi olaraq, 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil edib və 4 milyon nəfəri əhatə edib. Nəticədə, qeyd edilən dövrdə minimum əməkhaqqı 3,1, minimum pensiya 2,9, orta aylıq pensiya isə 2,6, sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artıb. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə artaraq 435 manata, yaşayış minimumu 65 faiz artaraq 285 manata, ehtiyac meyarı isə 2,2 dəfə artaraq 285 manata yüksəlib.

1,1 milyon insanı əhatə edən pensiya təminatının ildən-ilə güclənməsi bu sahəyə ayrılan vəsaitlərin ciddi artımı ilə nəticələnir. Məsələn, ötən il də pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 13,4 faiz çox olmaqla 6,5 mlrd. manat yönəldilib. 2025-ci ildə isə pensiyaların ödənilməsi xərcləri üçün 7 mlrd. 210 mln. 530 min manat nəzərdə tutulub ki, bu da ötən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 mln. manat (11 faiz) çoxdur. Ümumən 2018-ci ildən etibarən pensiyaların ödənişi üçün ayrılan illik vəsait 2 dəfə artıb.

Eyni zamanda, pensiya təminatının əlçatanlığı üçün son illər mühüm addımlar atılıb. 1 yanvar 2019-cu il tarixindən vətəndaşların 2006-2018-ci illər üzrə fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan yaradılır. Həmçinin təkcə son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib. Hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub.

Eləcə də güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti son illər kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilib. Həmçinin pensiya qanunvericiliyinə ötən il edilmiş dəyişikliyə əsasən vətəndaşların bir neçə pensiya hüququ olduqda sənədlər toplayıb müraciət etmələrinə ehtiyac qalmadan onlara elektron sistem üzərindən, proaktiv qaydada daha yüksək olan pensiya növü təyin edilir.

Digər tərəfdən, dövlət başçısının fərman və sərəncamlarına əsasən, 2018-2025-ci illərdə icra olunan sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, sosial təminat sisteminin əhatəliliyi də təmin olunub. Həmin illərdə 10 yeni sosial ödəniş növü (o cümlədən müharibə veteranları, Vətən Müharibəsi qəhrəmanları, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlər, işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorları üçün Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa və himayəyə götürən şəxslər üçün aylıq müavinət və s.) təsis edilib. Bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd və müavinətlə təmin olunanların sayının əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, valideyn himayəsindən məhrum uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, onların sosial inteqrasiyası üçün mühüm işlər aparılır. Mərkəzdə mütəmadi olaraq inklüziv yaradıcılıq tədbirləri də təşkil olunur. Eyni zamanda, inklüziv teatr ƏSA Teatrı ilə fəal əməkdaşlığının nəticəsi olaraq son illər Mərkəzdə hazırlanan bir çox inklüziv tamaşalar böyük maraqla qarşılanıb. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı və Bərdə rayonlarında filialları da açılıb. Bu da bölgələrdə həssas qrupların həm məşğulluğuna, həm də müxtəlif peşə və yaradıcılıq sahələri üzrə bacarıqlarının inkşafına dəstək verir və inklüzivliyin inkişafına xidmət edir.

Sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlər sisteminə əlçatanlığını artırmaq sosial sifarişlər əsasında bölgələrdə günərzi qayğı xidmətləri şəbəkəsi genişləndirilir. Son aylarda icra olunan layihələr əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb və burada həssas qruplardan olan 900 uşağa xidmət göstərilir. Həmçinin sosial şəbəkə səhifələrində eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı layihələr həyata keçirilir. Eyni zamanda, yeni inklüziv layihə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyul ayında “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətinə başlayıb. Azərbaycanda ilk dəfə olaraq fəaliyyət göstərən bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir. Yəni vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator tərcüməçi funksiyasını icra edərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır, surdotərcümə vasitəsilə onlayn kommunikasiya qurulur. Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

Aktiv məşğuluq özünüməşğulluq proqramlarında əhalinin həssas qruplarından olan vətəndaşlara üstünlük verilir. Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi" çərçivəsində ötən dövrdə kiçik biznesə çıxış imkanı qazanan şəxslərin bir hissəsi də məhz əlilliyi olan şəxslər, digər həssas qruplardır. Son illər əmək qanunvericiliyində edilmiş dəyişiklik isə qadınların əmək bazarında iştirak, məşğulluq imkanlarının artmasına imkan verir. Ümumilikdə, əmək, məşğulluq, sosial müdafiə sistemində inklüzivliyin təmin olunması bu sistemin ümumi fəaliyyət prinsiplərindən biridir.

Mustafa KAMAL
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri