Icma.az
close
up
RU
Dövlət maraqlarının müdafiəsi: Güclü xalq, güclü dövlət

Dövlət maraqlarının müdafiəsi: Güclü xalq, güclü dövlət

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İSTİQAMƏT: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi 

Dövlət maraqlarının müdafiəsi ölkə vətəndaşı olan hər kəsin vətəndaşlıq borcudur. Bu məsələ həm dövlət, həm də cəmiyyət üçün önəmlidir. Siyasi, sosial, dini, irqi kimliyindən asılı olaraq hər bir vətəndaşın ən ümdə vəzifəsi məhz dövlət maraqlarının müdafiəsi olmalıdır. Ümumi olaraq, hər bir ölkə, millət üçün ictimai və dövlət maraqları ön planda olmalıdır. 

İctimai və dövlət maraqlarının qorunması həm də güclü ölkə olmaq deməkdir.

Çünki ictimai və dövlət maraqlarına toxunan ən xırda məsələ belə millətə, ölkəyə, onun suverenliyinə, müstəqilliyinə zərər verə bilir. Bu baxımdan, maraqların qorunması hər kəs üçün prioritet olmalıdır. Dövlət maraqları digər ölkələrlə imzalanan müqavilələrdə, eyni zamanda yüksək səviyyəli əməkdaşlıqlarda da hər zaman ön planda dayanır. 

Heç bir iqtisadi, siyasi əməkdaşlıq dövlət maraqlarının önünə keçə bilməz və keçməməlidir. Bu məqam dəfələrlə ən yüksək səviyyədə vurğulanıb. Bu məsələdə hər kəsin üzərinə ciddi məsuliyyət düşür. İstər siyasətçi, istər məmur, istər xidmət sahəsində çalışanlar, istər media nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, heç bir vəzifə daşımayan sadəcə insanlar da bu məsələdə üzərinə düşən məsuliyyəti bilməli və əməl etməlidir. Prezident İlham Əliyev çıxışlarının birində deyirdi: 

“Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”. 

Nəzərə alsaq ki, indiki dövrdə böyük güclər əsasən informasiya müharibəsi aparmağa üstünlük verir, bu məqama xüsusi diqqətə ehtiyac yaranır. Çünki ilk baxışdan adi görünən bir informasiya ölkə üçün ciddi problemlərə çevrilə, dövlət maraqlarını təhlükəyə ata bilər. Dövlət bu istiqamətdə də işlər aparır və onun da müsbət nəticələrini görmək mümkündür. 

Ümumi olaraq, Azərbaycanda ictimai və dövlət maraqlarının qorunmasında qabarıq formada heç bir problem görünmür. Zaman-zaman bu məsələdə problem yaratmağa çalışan qüvvələr olsa da, cəmiyyətin müqaviməti məsələlərin böyüyərək narahatedici səviyyəyə yüksəlməsinə imkan vermir. Bu isə özlüyündə çox ciddi və müsbət məqamdır. Qlobalist və imperialist şüurun dünyadakı mühafizəkar sistemlərə qarşı açdığı savaş fonunda milli dövlətçilik ənənələrinin təbliğatının genişləndirilməsi, eyni zamanda dövlətlərin cəmiyyət daxilində milli mənafeyinin qorunması uğrunda birləşmək üçün vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi əsas ideoloji çağırışlardan biridir. 

İctimai və dövlət maraqları naminə vətəndaşların tək yumruq olmağı bacardığı ölkələrdə xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Bu gün də bizim ölkə olaraq birliyimiz mövcuddur. “Dəmir yumruq” ifadəsinin yaranmasının səbəbi də məhz güclü xalq-dövlət birliyinin olmasıdır. 

Bu birliyin nə dərəcədə önəmli olduğunu göstərmək üçün sonda Prezident İlham Əliyevin sitatını xatırladaq: 

“Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “Dəmir yumruq”dur. Bu “Dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri