Icma.az
close
up
RU
Güclü dövlət

Güclü dövlət

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Dövlətin istər iqtisadi, istərsə də mədəni inkişafı həmişə vətəndaşların maraqları ilə əhatələnir. Dünya dövlətləri ilə ikitərəfi, çoxtərəfli münasibətlər də bu baxımdan tənzimlənir. İqtisadiyyatı güclü olan dövlət həmişə dünya dövlətlərinin marağında olur. Bu maraq neçə-neçə beynəlxalq müqavilənin imzalanmasında əsas amil kimi tarixləşir.

Azərbaycan dünyanın əksər dövləətələrinin istər siyasi, istərsə də iqtisadi tərəfdaşıdır. Bu tərəfdaşlıq genişlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə də bu baxımdan izlənildi.
Dövlət başçımız ümumi daxili məhsulun 4 faizdən çox artdığını, neft hasilatında tənəzüllə üzləşmədiyimizi, neft hasilatının azalmasının bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcəyini, qeyri-neft sənaye sektorunda artımın 7 faizdən çox olduğunu, iqtisadi sahədə dayanıqlı inkişafa nail olduğumuzu, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu və s. xatırlatdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədaxili siyasətinin mahiyyəti bilavasitə vətəndaşların rifahının yüksəldilməsidir. Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində dedi: “Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tə¬rə¬fin¬dən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub…”.
Bu müsahibə bir atalar sözünün də gerçəkliyini bir daha xatırlatdı: “Haqq nazilər, üzülməz”. Beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsinin və şaxələndirilmiş xarici siyasətin bizə körpülər qurmaqda yardımçı olacağını da bildirən, COP29-un Azərbaycanla bağlılığına da toxunan dövlət başçımız müsahibəsində qeyd etdi ki, “Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavi¬mətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi…”.
Azərbaycanın bütün uğurları hər bir azərbaycanlının uğurudur və bu uğur qürurdur. Bu qürur vətəndaşların vətəndaşlıq borcuna daha həssas yanaşmasını tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın D-8 təşkilatına qəbul edilmə¬sinin ölkəmizin nüfuzunun göstəricisi olduğunu da qeyd edərək dedi: “Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a ya¬xın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”.
Müsahibədə namizədliyimizi ilk gündən Türkiyənin dəstəklədiyini bildirən dövlət başçımız Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etdiyini, o vaxtlardan Azərbaycanın üzvlüyü ilə bağlı məsələnin gündəliyə salındığını da xatırladan dövlət başçımız qürurla bildirdi ki, “İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəl¬man ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq. Amma hətta mətbuata gedən məlumat kifayətdir deməyə ki, bu sahədə də çox fəalıq, həm COVID dövründə, həm digər məsələlərdə, Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və biz istənilən digər yardımları göstərməyə hazırıq. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir...”.
Azərbaycan Respublikasının Prezidenti müsahibədə İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərindən də söz açdı. Qazax rayonunun yeddi kəndinin Ermənistan tərəfindən işğal edilməsi uzun illər əvvəl olub. Tarixi Zəfərdən sonra dörd kəndin xilas edilməsi də Azərbaycanın hərbi-siyasi uğuru kimi dəyərləndirilməlidir.
Dövlət başçımız Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcəyini də bildirdi. Ermənistanın silahlanmasının yeni gərginliyə gətirib çıxaracağı ehtimalını, Ermənistanın silahlanmasının Böyük Qayıdış və bərpa-quruculuq məsələsinə müəyyən dərəcədə mane olduğunu, ancaq Qarabağı cənnətə çevriləcəyini də xatırlatdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi Azərbaycan gerçəkliklərinin ifadəsi kimi tarixləşdi. Dünya dövlətləri bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri