Icma.az
close
up
RU
Dövlət Komissiyası: Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 89 faizini marixuana təşkil edib

Dövlət Komissiyası: Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 89 faizini marixuana təşkil edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 iyun, AZƏRTAC

2025-ci ilin yanvar-may ayları üzrə aparılmış təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış cinayət faktlarının ümumi sayında azalma müşahidə olunub. Belə ki, bu dövr ərzində qeyd olunan istiqamət üzrə ümumilikdə 1059 fakt azalıb.

Bu barədə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.

Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası üzrə 14, bu kateqoriyaya daxil olan digər cinayətlərlə bağlı 1, qrup halında törədilmiş cinayətlər üzrə 16 fakt, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayında isə 892 nəfər azalma qeydə alınıb.

Bununla yanaşı, qaçaqmalçılıqla bağlı aşkarlanmış faktların sayı 15 vahid artıb, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi isə 485 kiloqram 830,852 qram artıb.

2025-ci ilin ilk 5 ayı ərzində güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsindən çıxarılmasında azalma meyilləri müşahidə olunub. Belə ki, heroinin çəkisi 178 kiloqram 698,445 qram (48,7 faiz), tiryəkin çəkisi 4 kiloqram 365,08 qram (5,4 faiz), psixotrop maddələrin çəkisi isə 21 kiloqram 432,421 qram (19,3 faiz) azalıb.

Cari dövrdə qanunsuz dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kiloqram 356,243 qramını (89 faiz) marixuana təşkil edib. Həmin marixuananın 2 ton 643 kiloqram 042,268 qramı (90,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli, 262 kiloqram 313,975 qramı isə (9,2 faiz) ölkə ərazisində - iqlim şəraitinə uyğun olaraq istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz olaraq kultivasiya edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatları ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri