Icma.az
close
up
RU
Dövlət Mükafatları Komissiyası 2026 cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Dövlət Mükafatları Komissiyası 2026 cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulunu elan edir.

Komissiyadan verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydaya uyğun hazırlanmalı və 2026-cı il fevralın 1-dək Komissiyaya təqdim edilməlidir.

Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnologiyanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.

Əsərlər dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri tərəfindən Dövlət Mükafatlarına təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də digər ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.

Bir müəllifə, eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər. Eyni əsər iki dəfədən artıq Mükafata təqdim edilə bilməz.

Dövlət Mükafatına irəli sürülmüş əsərlər və namizədlər barədə Komissiya qarşısında vəsatət qaldırılarkən, vəsatətlə birlikdə hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat, əsərin müəllif (müəlliflər) tərəfindən imzalanmış qısa annotasiyası, elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat, əsər və əsərin müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar, o cümlədən müvafiq Əsasnamədə nəzərdə tutulmuş digər materiallar təqdim edilməlidir.

Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Əlaqə telefonu: 492-83-77. E-mail: [email protected]

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri