Dövlət Su Ehtiyatları Agentliyinin sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” tədbirində iştirak edib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Zaur Mikayılov tədbir zamanı qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib. Dövlət Su Ehtiyatları Agentliyinin sədri beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Agentliyin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















