Icma.az
close
up
RU
Dövlət Turizm Agentliyi tərəfindən elan olunan qrant müsabiqəsinin qalibləri açıqlanıb

Dövlət Turizm Agentliyi tərəfindən elan olunan qrant müsabiqəsinin qalibləri açıqlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il üzrə elan olunan müsabiqə çərçivəsində layihələr əsasən “turistik kənd”lərdə (Duruca, İvanovka, Bibiyani, Sım və Qrız kəndləri) turizm infrastrukturunun inkişafı, ətraf mühitin mühafizəsi, qadınların və gənclərin dəstəklənməsi, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətlərini əhatə edir.

Layihələr Dövlət Turizm Agentliyinin Qrant Qaydalarına əlavə olunmuş 5 nömrəli metodologiyaya əsaslanaraq layihə təkliflərinin hazırlanma keyfiyyəti, icra potensialı, sosial-iqtisadi təsirləri, layihənin aydın təsviri və büdcənin məqsədlərə uyğunluğu kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilib.

Qiymətləndirmə prosesi nəticəsində minimal keçid balını (48 bal) toplayaraq daha yüksək göstəricilər nümayiş etdirən 9 layihə aşağıdakı kimidir:

-“Turistik kənd”də turizmin inkişafına və turizmyönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” (“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi)

-“Duruca kəndində turizmin inkişafına dəstək (“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi)

-“Gənclərə iş, Turistlərə nəvaziş!” (“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi)

-“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi)

-“4 mövsüm Qrız” - “Qrız kəndində turizmyönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” (“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi)

-Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi (Ramiz Kəlbiyev Kəlbi oğlu)

-Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili (Rəşad Əhmədov İsmayıl oğlu)

-“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili (Pərviz Salayev Talıb oğlu)

-“İvanovkada velosipedlər və gəzinti marşrutları” (Abuzər Ağazadə Çingiz oğlu)

Qeyd edək ki, ümumilikdə təqdim edilmiş 156 layihədən 69-u müsabiqənin elan olunmuş istiqamətlərinə uyğun gəlmədiyinə və ya sənədlərdə mövcud olan çatışmazlıqlara görə ilkin qiymətləndirmə mərhələsinə keçməyib. Digər 87 layihə isə ekspertiza mərhələsindən keçərək Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri