Icma.az
close
up
RU
Dövlət vəsaitlərindən istifadədə şəffaflıq artırılacaq

Dövlət vəsaitlərindən istifadədə şəffaflıq artırılacaq

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Prezidenti “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycanda yeni elektron sistem - "Dövlət auditi" informasiya sistemi (DAİS) yaradılacaq".

Moderator.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, DAİS rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur:

"Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır. Beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi. Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir. DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir. Bu Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək. 2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. 

Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq. Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu dövlət satınalamlarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intelektdən istifadəni daha da aktuallaşdırır. Yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələ kimi qiymətləndirilir. Bu daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Avqust 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri