Icma.az
close
up
RU
Dövlət Xidməti 10 aylıq fəaliyyətinin yekunlarını açıqlayıb

Dövlət Xidməti 10 aylıq fəaliyyətinin yekunlarını açıqlayıb

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 146 müraciətə baxıb. SİA Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 87-si təmin olunub.

Eyni zamanda antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı, iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 61 müraciətdən 33-ü, rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə 48 müraciətdən 28-i təmin edilib.

Qurum 10 ayda bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması istiqamətində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirib. Rəqabət qanunvericiliyə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.

Hesabat dövründə Dövlət Xidməti həmçinin rəqabətpozucu davranışlarla mübarizə istiqamətində istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən, sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq, gizli reklam üsullarından istifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlər həyata keçilib.

Yanvar-oktyabrda qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyektinin reklam qanunvericiliyinin tələblərini pozması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Ötən dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektlərinin haqsız rəqabətə yol verməsi barədə 130 müraciətə baxılıb. Rəqib üzərində əsassız üstünlük qazanmaq, onun təsərrüfat qərarlarının qəbulu və icrasına qanunsuz vasitələrlə təsir göstərməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 1 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə isə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılması başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyektinin yol verdiyi pozuntular aradan qaldırılıb.Rəqabətli biznes mühitinin təmin olunmasını, bazar subyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və rəqabət qanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və müvafiq icrası məcburi göstəriş verilib.

Bundan əlavə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 23 bazar subyekti mənfi halları könüllü aradan qaldırıb.

Dövlət Xidməti təbii inhisar subyektlərinin azad rəqabətə və müştəri mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması, aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun tənzimləyici tədbirlər həyata keçirib, müvafiq sahədə bərabər, şəffaf, ədalətli, rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsinə dair tələblər təbii inhisar subyektlərin diqqətinə çatdırılıb.

Bundan əlavə, telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri göstərilərkən müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi ilə bağlı telekommunikasiya operatorları ilə maarifləndirici görüşlər təşkil olunub, mahiyyət üzrə yaranmış problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

10 ay ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 1 156 müraciətə baxılıb, onlardan 292-si təmin olunub, 550 halda qanunamüvafiq izahat və tövsiyə verilib, 28-i baxılması üçün aidiyyəti orqana göndərilib, 116 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 1 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 166 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri