Dövlət Xidməti zirzəmisində insan sümükləri olan Nizaməddin məscidini nəzarətə götürüb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizaməddin məscidinin zirzəmi hissəsində insan sümüklərinin mövcudluğu ilə bağlı müxtəlif fikirlər var.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
"Əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirildikdən sonra sözügedən məsələ barədə dəqiq fikir söyləmək mümkün olacaq və bundan sonra atılacaq addımlar müəyyən ediləcək", - açıqlamada bildirilib.
Qeyd edilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizaməddin məscidində bir neçə il öncə bərpa işləri aparılıb: "Tarixi abidənin mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçiləri tərəfindən nəzarət olunur".
Baxış sayı:88
Bu xəbər 04 Aprel 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















