Icma.az
close
up
RU
Dövlətçilik tariximizin şanlı səhifəsi

Dövlətçilik tariximizin şanlı səhifəsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Füzuli rayonu Azərbaycanın ən qədim torpaqlarından biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu diyar tarix boyu mədəniyyətin, iqtisadi həyatın və ticarət yollarının kəsişdiyi mühüm mərkəz olmuşdur. Əsası XIX əsrdə qoyulan şəhər XX əsrin ortalarından etibarən regionun aparıcı sənaye və mədəniyyət ocaqlarından birinə çevrilmişdir. Tarixi abidələri, memarlıq nümunələri və zəngin folkloru ilə Füzuli Azərbaycanın milli-mədəni irsinin ayrılmaz parçasıdır. Lakin bu qədim torpaq XX əsrin sonlarında işğalın acısını yaşamış, viran qoyulmuş, minlərlə sakini yurd həsrəti ilə yaşamağa məcbur olmuşdur.

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə təkcə bir bölgənin deyil, bütün Azərbaycanın ürəyində sağalmaz yara açdı. Yüzlərlə kənd dağıdıldı, məktəblər, xəstəxanalar, mədəniyyət evləri yerlə-yeksan edildi. 663 nəfər şəhid oldu, 181 nəfər itkin düşdü, yüzlərlə insan müharibə əlili kimi həyatını davam etdirdi. Füzulililər 27 il boyunca doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Hər bir məcburi köçkün öz yurdundan didərgin düşsə də, ürəyində bu torpağın azad olacağına dair inamını itirmədi.
Bu inam 2020-ci ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəyə çevrildi. 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu hərbi və mənəvi gücünü nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri və rayonun bir çox kəndləri azad edildi. Bu hadisə müharibənin strateji dönüm nöqtəsinə çevrildi və Şuşaya gedən yolun açılmasına şərait yaratdı. Prezident İlham Əliyev bu qələbəni “Azərbaycan xalqının iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətin gücünün birliyinin nəticəsi” kimi qiymətləndirdi. Füzulinin azadlığı həm ədalətin bərpası, həm də Azərbaycan xalqının tarixi ləyaqətinin bərpası idi.
Azadlıqdan dərhal sonra Prezident İlham Əliyev Füzuliyə səfər etdi, orada Azərbaycan bayrağını ucaltdı və şəhərin yeni inkişaf mərhələsinin əsasını qoydu. Onun birbaşa rəhbərliyi və nəzarəti ilə Füzuli qısa müddətdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin mərkəzinə çevrildi. 2021-ci ilin oktyabrında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu sahədə atılan ilk strateji addım idi. Cəmi səkkiz ay ərzində tikilən bu nəhəng infrastruktur layihəsi Qarabağın “hava qapısı” adlandırılır. Ardınca Zəfər yolu, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil magistralı, Füzuli–Hadrut və Füzuli–Ağdam yolları inşa edildi. Yeni enerji infrastrukturunun yaradılması, “Füzuli” yarımstansiyasının istifadəyə verilməsi və “Ağıllı şəhər” konsepsiyasının tətbiqi bölgənin inkişafına yeni nəfəs gətirdi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” kimi təsis edildi. Bu qərar yalnız tarixi Zəfərin xatırlanması üçün deyil, həm də azad edilmiş torpaqlarda bərpa olunan həyatın simvolu kimi qəbul edildi. Həmin il təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin müasir, ekoloji və dayanıqlı məkana çevrilməsini nəzərdə tutur. Bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tətbiq edilən “yaşıl enerji” və “ağıllı şəhər” strategiyasının tərkib hissəsidir. Füzuli bu gün təkcə infrastruktur baxımından deyil, həm də idarəetmə modeli etibarilə müasir şəhərsalmanın yeni nümunəsinə çevrilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış Proqramı” çərçivəsində 2023-cü ilin avqustundan füzulililərin doğma yurdlarına köçü başladı. İlk mərhələdə 824 ailə (3141 nəfər) öz evlərinə qayıtdı. Yeni salınmış yaşayış məhəllələri, müasir məktəblər, xəstəxanalar, sosial obyektlər və təhlükəsiz mühit bu insanların həyatını yenidən qurmağa imkan verir. Bu proses təkcə infrastruktur layihəsi deyil, həm də milli mənəvi dirçəlişin təcəssümüdür.
Füzulinin bərpasında qardaş ölkələrin dəstəyi də mühüm yer tutur. Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmişdir. Bu layihələr türk dünyasının həmrəyliyinin və dostluq münasibətlərinin bariz göstəricisidir. Prezident İlham Əliyev bu əməkdaşlığı “Türk dövlətlərinin qardaşlıq dayaqları üzərində qurulan gələcəyin modeli” kimi qiymətləndirmişdir.
Bu gün Füzuli artıq sadəcə bir şəhər deyil – o, Azərbaycanın Zəfər ruhunun, dövlətin yenilməz iradəsinin və Prezident İlham Əliyevin liderliyinin canlı simvoludur. Burada atılan hər bir addım, tikilən hər bir bina, çəkilən hər bir yol xalqın qələbəsini və azadlıqdan doğan inkişafı əks etdirir. Füzuli Azərbaycanın gələcəyinin işıqlı mənzərəsini formalaşdıran bir məkandır — azadlıqdan doğan yenidənqurmanın, milli həmrəyliyin və dövlətçilik iradəsinin təntənəsidir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri