Icma.az
close
up
RU
Dövlətə xəyanətdə ittiham olunan şəxsə 16 il həbs cəzası verilib

Dövlətə xəyanətdə ittiham olunan şəxsə 16 il həbs cəzası verilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla öz təsdiqini tapıb.

Hökmə əsasən, Həsən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 16 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Həsən Hüseynov xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin orqanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının icra edilməsi istiqamətində gizli fəaliyyət göstərib, həmçinin ölkə ərazisində xüsusi xidmət orqanlarının göstərişi ilə digər məxfi tapşırıqları yerinə yetirən şəxslərə pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət edib.

O da məlum olub ki, DTX tərəfindən həbs edilmiş Həsən Hüseynov Tural Məmmədova xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə daha əvvəl həbs edilib.

Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, xaricdən göndərilmiş xüsusi qurğu aşkar edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri