Dövlətə xəyanətdə təqsirli bilinən şəxsə 16 il həbs verildi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Elnur İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Strateji əhəmiyyətli ərazilərdə işləmiş Elnur İsmiyevin barəsində məhkəmə prosesi qapalı keçirilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elnur İsmiyev ittiham olunduğu maddə üzrə təqsirli bilinib və ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, E.İsmiyev DTX-nin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















