ATMU da beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti görüş FOTO
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilən görüşdə Kipr Aydın Universitetinin beynəlxalq əlaqələr direktoru, dos. dr. Tuğrul Günay və İstanbul Aydın Universitetinin Azərbaycan üzrə nümayəndəsi Vüsalə Hümbətli iştirak ediblər.
"Unikal" xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin( ATMU) rektoru İlham Mədətov görüşdən məmnunluğunu bildirib və universitetlərarası əməkdaşlıq əlaqələrinin faydalı olacağına inandığını deyib. ATMU-nun strateji hədəfləri sırasında beynəlxalq tərəfdaşlıqların qurulması və genişləndirilməsini mühüm amil kimi dəyərləndirib.
ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı isə ali təhsi müəssisəsinin beynəlxalq əlaqələr çərçivəsində həyata keçirdiyi layihələrdən, tərəfdaşlıq və əməkdaşlıq planlarından detallı bəhs edib.
Görüş zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və təhsil proqramlarının icrası üzrə fikir mübadiləsi aparılıb.



