Icma.az
close
up
RU
Dövlətimizin rəqəmsal arxitektura sahəsində uğurları davam etməkdədir ŞƏRH

Dövlətimizin rəqəmsal arxitektura sahəsində uğurları davam etməkdədir ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizin rəqəmsal transformasiyasına həsr olunmuş müşavirə keçirildi. Toplantının başlıca məqsədi “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planını təqdim etmək, onun mahiyyətini açıqlamaq və bu planın həyata keçirilməsi ilə bağlı strateji istiqamətləri müəyyənləşdirərək bu prosesləri davam etdirmək idi. Bu müşavirə yalnız texnoloji innovasiyaların müzakirəsi deyil, eyni zamanda Azərbaycanın gələcəyini müəyyənləşdirəcək dövlət siyasətimizin mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Rəqəmsal transformasiya, dövlət siyasətimizin mərkəzində yerləşir.

Prezidentimiz İlham Əliyev çıxışında vurğuladı ki, rəqəmsal inkişaf artıq müasir dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amilə çevrilib. Bu səbəbdən süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsal idarəetmə islahatları və informasiya-kommunikasiya texnologiyaları Azərbaycan üçün prioritet sahələr kimi müəyyənləşdirilməlidir. Prezidentimiz həmçinin qeyd etdi ki, qlobal tendensiyalar süni zəka və rəqəmsal infrastrukturun ölkələrin sosial-iqtisadi inkişafına təsirini aydın şəkildə göstərir. Dövlət başçımız həmdə bunu bildirdi ki, bu gün ölkəmiz üçün əsas vəzifələrdən biri müxtəlif dövlət qurumlarında rəqəmsal düşüncə tərzini gücləndirmək, yeni texnologiyaların tətbiqini sistemləşdirmək və bu yöndə vahid milli strategiya — “rəqəmsal arxitektura” — hazırlamaqdır.

Təbii ki bu prosesin bir sıra strateji üstünlüklər və yeni imkanları var.Prezidentimiz İlham Əliyev qeyd etdi ki, Azərbaycanın strateji coğrafi mövqeyi, Asiya ilə Avropa arasında yerləşməsi və artıq mövcud nəqliyyat-energetika infrastrukturu bu rəqəmsal transformasiya prosesini sürətləndirmək üçün mühüm üstünlükdür. Bu üstünlüklər yalnız fiziki daşımalar üçün deyil, həm də informasiya və rəqəmsal bağlantıların genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Başqa sözlə desək, Azərbaycan rəqəmsal ekosistemini yalnız daxili inkişaf nöqteyi-nəzərindən deyil, həm də qlobal rəqabət müstəvisində öz qüdrətini artırmaq üçün bir vasitə kimi qəbul edir.Və bu məsələ bizim əsas prioritet istiqamətlərimizdən biridir.

Prezidentimizin çıxışından aydın olur ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” planı yalnız texnoloji layihələri deyil,həmdə dövlət idarəçiliyinin, iqtisadiyyatın və ictimai xidmətlərin yenidən qurulmasını nəzərdə tutur. Süni intellekt (AI) ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. AI-nin tətbiqi dövlət xidmətlərinin və biznes proseslərinin effektivliyini artırmaqla yanaşı, analitik qərar qəbul etmə prosesini daha dəqiq və sürətli edəcək. Data mərkəzləri isə bu məlumat axınını idarə edən infrastrukturun əsasıdır.

Həmçinin Prezidentimiz qeyd edib ki, müxtəlif dövlət orqanlarının yaratdığı fərqli platformalar vahid sistemə — MyGov üzərindən xidmət modelinə transformasiya edilməlidir. Bu, vətəndaşlar üçün dövlət xidmətlərini daha əlçatan və səmərəli edəcək.

Ölkənimizin əsas prioritetlərindən biri fiber-optik şəbəkələrin genişləndirilməsi və yeni məlumat koridorlarının yaradılmasıdır. Bu, yalnız daxili kommunikasiya üçün deyil, həm də beynəlxalq məlumat axını üçün strateji əhəmiyyət kəsb edir. Təhsil və kadr hazırlığı da bu prosesə daxildir. Beləki ən vacib elementlərdən biri də rəqəmsal transformasiya üçün yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Prezidentimiz çıxışında bildirdi ki, təhsil sistemində rəqəmsal bacarıqların gücləndirilməsi, süni intellektə dair tədris proqramlarının genişləndirilməsi və bu sahədə mütəxəssislərin yetişdirilməsi prioritet olmalıdır. Milli təhlükəsizlik və iqtisadi dayanıqlıq da əsas məsələlərdən biridir.

Rəqəmsal transformasiya yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizlik məsələsidir. Yeni rəqəmsal arxitektura dövlət idarəetməsində şəffaflığı artıracaq, korrupsiya risklərini azaldacaq və sosial proqramların effektivliyini yüksəldəcək. Bu isə iqtisadi dayanıqlılığın təmin olunmasına kömək edir. Prezidentimiz çıxışında bu planın Azərbaycanın post-neft, post-müharibə və post-bərpa mərhələsində yeni inkişaf modelinin əsas sütunu olacağını vurğuladı.

Prezidentimiz İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycanın rəqəmsal gələcəyinə aydın və strateji baxışını nümayiş etdirir. Bu plan dövlətimizin bütün sektorlarında rəqəmsal düşüncə və idarəetmə sistemini mərkəzləşdirilmiş şəkildə həyata keçirməyi — dövlət xidmətlərini daha səmərəli, şəffaf və vətəndaş yönümlü etməyi məqsəd qoyur. Rəqəmsal transformasiya artıq yalnız texnoloji seçim deyil, Azərbaycanın inkişafa doğru strateji yoludur — bu yolun rəhbər prinsipləri başlıca Prezidentimizin uzaqgörən və uğurlu siyasəti nəticəsində müəyyən olunmuşdur.

Elgün Rüstəmli

YAP Yasamal Rayon Təşkilatının gənc fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri