Icma.az
close
up
RU
Dövlətin gücü humanizmdədir

Dövlətin gücü humanizmdədir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət anlayışı yalnız sərt idarəçilik, hüquqi mexanizmlər və güc strukturları ilə ölçülmür. Müasir dünyada güclü dövlət modeli humanizm, sosial ədalət, vətəndaşa yönəlik siyasət və hüquqi mərhəmət prinsipləri ilə tamamlanır. Azərbaycan Respublikasında bu yanaşmanın formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətt mühüm yer tutur. Xüsusilə amnistiya təşəbbüsləri dövlətin gücünün cəza mexanizmlərində deyil, insan amilinə verdiyi dəyərdə ifadə olunduğunu nümayiş etdirir. Amnistiya institutu hüquqi baxımdan cinayət siyasətinin mühüm elementlərindən biridir. O, yalnız hüquqi akt deyil, eyni zamanda siyasi, sosial və mənəvi məzmun daşıyır. Prezident İlham Əliyevin müxtəlif dövrlərdə irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, cəmiyyətin sosial reinteqrasiyasına və hüquqi humanizmin gücləndirilməsinə xidmət edir. Bu təşəbbüslər göstərir ki, dövlət yalnız cəzalandıran yox, həm də bağışlayan, islah edən və yenidən qazanan bir mexanizmdir. Siyasi aspektdən baxdıqda, amnistiya qərarları daxili sabitliyin qorunmasında mühüm rol oynayır. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən bu qərarlar sosial gərginliyin azalmasına, marginal qrupların yenidən cəmiyyətə adaptasiyasına şərait yaradır. Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşan amnistiyalar fərdi talelərə təsir etməklə yanaşı, ümumi ictimai psixologiyada mərhəmət və ədalət balansını möhkəmləndirir. Bu isə dövlətə olan inamı artırır və siyasi legitimliyi gücləndirir. Humanizm prinsipi Azərbaycan dövlətçilik ənənəsinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi-fəlsəfi xətt Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Amnistiya təşəbbüsləri bu varisliyin real təzahürüdür. Dövlət başçısı humanist addımlarla cəmiyyətə mesaj verir ki, qanunların məqsədi yalnız cəza deyil, həm də islah, sosial ədalət və insan ləyaqətinin qorunmasıdır. Beynəlxalq müstəvidə də amnistiya siyasəti Azərbaycanın hüquqi və siyasi imicinə müsbət təsir göstərir. İnsan hüquqlarına həssas yanaşma, cəza siyasətində alternativ mexanizmlərin tətbiqi ölkənin beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində dialoqun güclənməsinə və ölkənin müasir, humanist dövlət kimi tanınmasına töhfə verir. Amnistiya təşəbbüslərinin digər mühüm tərəfi sosial məsuliyyət anlayışının gücləndirilməsidir. Azadlığa buraxılan şəxslərin cəmiyyətə inteqrasiyası üçün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr artır. Bu proses cəmiyyətin bütün üzvlərini daha məsuliyyətli və həmrəy olmağa sövq edir. Prezident İlham Əliyevin siyasətində humanizm yalnız hüquqi aktla məhdudlaşmır, o, sosial siyasətin ayrılmaz hissəsinə çevrilir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri