Icma.az
close
up
RU
“Döyülən şəxs onu döyənin həyat yoldaşına mesaj belə yazsa, bu, doğru cavab deyildi”

“Döyülən şəxs onu döyənin həyat yoldaşına mesaj belə yazsa, bu, doğru cavab deyildi”

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Psixoloq Gülnar Orucova Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək sürücünü döymələrinə etiraz edib.

Psixoloq Pravda.az-a açıqlamasında deyib ki, ortada açıq-aşkar psixoloji problem olduğu, aqressiyanın pik həddə çatdığı bəllidir.

“Bu cür halları əvvəllər Türkiyədə görürdük, təəccüblənirdik. Görürdüm ki, dörd-beş nəfər maşına hücum edir, dağıdır, zərər verir, sürücünü döyüb gedirlər. İndi isə artıq öz ölkəmizdə də belə hallar baş verir. Bir insanla bu tərzdə  dava etmək düzgün deyil. Hadisənin görüntüsünə sosial şəbəkələrdə yazılan rəyləri oxudum. Çox məyus oldum ki, hər kəs yazır, “düz etdi”, “öldürməli idi...” Yanğına körüklə gedən insanlar məcbur edirlər ki, kimsə qatil olsun. Düşünmürlər ki, bu adam qatil olandan sonra həyat yoldaşı, övladları çətin vəziyyətdə qalacaq. Heç bir halda, hətta döyülən şəxs onu döyənin həyat yoldaşına mesaj belə yazsa, bu, doğru cavab deyildi. İnsan sükan arxasında əyləşib, sən isə maşınına girib, onu döyürsən. Azərbaycan Respublikasında yaşayırıq. Hər bir vəziyyətdə polisə müraciət edirik, polisdən yardım ala, qanun çərçivəsində məsələləri həll edə bilirik. Amma bir nəfərə o qədər adamın hücum etməsi kişiyə yaraşmayan hərəkətdir. Bu gün on nəfər bir nəfəri döydü, nəticədə hamısına cəza verəcəklər. Hadisə zamanı ətrafda buna şahidlik edənlər də nə qədər stress yaşayıblar, aralarında uşaqlar da var, onlar da narahat olublar. Bir sözlə, bu insanlar ictimai asayişi pozublar. Düşünürəm, hüquq-mühafizə orqanları, eləcə də məhkəmə ədalətli qərar çıxarmalıdır. Lazım olan insanlar cəzasını çəkməlidir ki, digərlərinə dərs olsun, eyni hal təkrarlanmasın. Belə hallar təkrarlananda cəmiyyətdə problem çıxır”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 Mart 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see202

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see128

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see125

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see123

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see121

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see120

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see118

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see117

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see117

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see117

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see116

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see116

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see116

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see116

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see115

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see115

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see115

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see115

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri