Icma.az
close
up
RU
Döyüş gündəliyindən səhifələr...

Döyüş gündəliyindən səhifələr...

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

05 aprel 1993-cü il.

FÜZULİ şəhəri - 1993-cü ilin AĞIR VƏ ÜZÜCÜ APREL DÖYÜŞLƏRİ...

Hər birimiz çox yaxşı bilirik ki, 1993- cü ilin aprel ayı ölkəmizin ərazi bütövlüyü uğrunda QARABAĞ cəbhəsində aparılan döyüş əməliyatlarında və xalqımızın tarixində olduqca üzücü və ağır günlər yaşanıb...

Belə ki, 1993-cü ilin aprel ayı ərzində erməni quldur dəstələri ABŞ-ın siyasi, Fransanın İqtisadi və Rusiya Federasiyasının hərbi dəstəyi ( həmin dövrdə Rusiya Fedarasiyasının Müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı, Ordu generalı PAVEL SERGEYEVİÇ  QRAÇOVUN imzaladığı 31 mart 1993-cü il tarixli 129 nömrəli əmrinə əsasən RUSİYA SİLAHLI QÜVVƏLƏRİNİN 7- ci Ordu hissələri Azərbaycan ərazilərini işğal etmək məqsədilə QARABAĞDA döyüşə yeridilmişdi. O, xalqımıza qarşı törətdiyi qeyeri - insani əməllərinə görə ALLAHIN qəzəbinə gəldi. Belə ki, PAVEL QRAÇOV 23 sentyabr 2012-ci ildə yoluxmuş olduğu Malyariya xəstəliyindən xilas ola bilmədi və öldü... ) ilə döyüş cəbhəsində şimalda KƏLBƏCƏR - MUROVDAĞ yüksəkliyindən, cənubda ARAZ çayına qədər cəbhə boyu ərazilərdə təcavüzkar, işğalçı, çirkin niyyətlərini həyata keçirmək məqsədilə hər tərəfdən hücumu genişləndirməyə cəhd edirdi.  Aprel ayının birinci ongülüyündə düşmən, KƏLBƏCƏR - MUROVDAĞ istiqamətlərində qana batmış dişlərilə FÜZULİ şəhəri və ətraf yaşayış məntəqələrini, o cümlədən taktiki və strateji əhəmiyətli MƏNGƏLƏNATA, ÜRYANDAĞ və  QIZIL QAYA yüksəkliklərini ələ keçirməklə AZƏRBAYCANA qarşı növbəti xəyanət niyyətini  planlamışdı. Lakin həmin günlərdə AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN sabiq sədri İSA QƏMBƏR FÜZULİ şəhərinə gələrək rayonun müdafisinin möhkəmlədirilməsi məqsədilə hərbi rəhbərliyə yaxından dəstək verdi. FÜZULİ rayonunun müdafiə və mühafizəsi tapşırıqlarını yerinə yetirən 702 Motoatıcı Briqada polkovnik - leytenant MURAD HƏMİDOVUN komandirliyi və rəhbərliyilə qoşun qruplaşması keçirərək  döyüşə səfərbər edildi....

 01 aprel tarixindən başlayaraq bölmələrimiz FÜZULİ rayonunun, CƏMİLLİ, QACARLAR, AŞAĞI VƏ YUXARI DİVANALLAR, GÖVŞADLI, YUXARI VƏ AŞAĞI DİLAĞARDA, YUXARI YAĞLIVƏND, AŞAĞI VEYSƏLLİ kəndlərini, QIZIL QAYA,  ÜRYANDAĞ və MƏNGƏLƏNATA yüksəkliklərini ələ keçirməyə cəhd göstərən düşmənə qarşı inadkar və əzimkarlıqla gecə - gündüz dayanmadan mübarizə aparırdılar.

05 aprel 1993-cü il tarixində 702 motoatıcı briqada, Silahlı Qüvvələrimizin digər Qoşun birləşmələrinin bölmələrilə ( MİLLİ QVARDİYA, DÖVLƏT SƏRHƏD XİDMƏTİ  ) birgə MƏNGƏLƏNATA yüksəkliyinin  düşməndən təmizlənməsi məqsədilə döyüşə yeridildi.

Saat 12.45-dəqiqədə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri MƏNGƏLƏNATA yüksəkliyində olan düşmən hədəflərinə sarsıdıcı zərbələr endirdilər.

Saat 13.05-dəqiqədə 702 MABr artilleriya bölmələri düşmənin KƏKİLLİDAĞ, XƏZNƏDAĞ, ƏRGÜNƏŞDAĞ, yüksəkliklərində və HOĞA,(ÜÇBULAĞ ) SƏLAKƏTİN, DÜDÜKÇÜ yaşayış məntəqələrində olan hədəflərini ardıcıl olaraq atəş basqınlarına məruz qoyurdular. Ağır itkilərə məruz qalan düşmən bölmələri döyüş gününün sonuna  MƏNGƏLƏNATA yüksəkliyini tərk edərək geri çəkilməyə məcbur edildi. Bu döyüşdə düşmənin  tabor komandiri Artur Mıkırtıçıyan döyüşçülərimiz tərəfindən məhv edildi. Həmçinin düşmənin Arturla birgə xeyli canlı qüvvəsi, o cümlədən
zirehli texnikası məhv edildi. Nəticədə FÜZULİ şəhəri ətrafında olan təhlükə aradan qaldırıldırılaraq uzaqlaşdırıldı.

1993-cü ilin aperel ayında günlərlə, həftələrlə, on günlərlə  davam edən döyüşlərdə FÜZULİ rayonunun müdafiəsində dayanan cəsur oğullar böyük fədakarlıq və əzimkarlıqla yağı düşmənə layiqli cavab zərbələri endirdi. Döyüşlər zamanı xeyli yaralı və şəhidlərimiz oldu.
       

1993-cü ilin aprelŞƏHİDLƏRİ.

1.Çavuş Əsədov Mayis Əsəd.
2.Çavuş Quliyev Nizami Əli.
3.Əsgər Məmmədov İftixar
4.Çavuş Muradov Abasət Cəmiyyət.
5.Əsgər Əliyev Sumbat Nüdrət.
6.Əsgər Fərəcov Cavanşir Möhübbət.
7.Əsgər Əliyev Pərviz Həsən.
8.Əsgər Hüseynov Bəylər Heydər.
9.Əsgər Həsənov Şair Səməd .
10.Əsgər Ələsgərov Mürvət Qulu.
11.Əsgər Quliyev Fərhad Abbas.
12.Əsgər Fərzəliyev Mehdi Fərzəli.
13.Əsgər Abbasov Müşviq Telman.
14.Əsgər Alışov Nurəddin Talış.

1993-cü ilin aprel döyüşlərində YARALALANMIŞ döyüşçülər

1.Çavuş Allahverdiyev Nurəddin Allahverdi.
2.Çavuş Rzayev Şahin Xosrov.
3.Əsgər Muradov Elçin Muzeyir.
4.Əsgər Bəndəliyev Ələddin Cəmil.
5.Əsgər Quliyev Mayis Osman.
6.Əsgər Cabbarov Mayis Osman.
7.Əsgər Həziyev Müqəddəm Əhməd.
8.Əsgər Tağıyev Cəmaləddin Tağı.
9.Əsgər Kərimov İlqar İsmayıl.
10.Əsgər Səfixanov Çingiz Telman.
11.Əsgər Əzizov Əfqan
12.Əsgər Zeynalov İnqilab Qadir.
13.Əsgər Məmmədov Asəm Hümbət.
14.Əsgər Quliyev Şölət Məfiyət.
15.Əsgər Mehdiyev Nemət Cəmil.
16.Əsgər Əhmədəliyev Elçin Mahmud.
17.Əsgər Səfərov Səfərəli Abdulla.
18.Əsgər Rüstəmov Əziz Əfsər.
19.Əsgər Dadaşov Elmidar Kərim.
20.Əsgər Abbasov Elşad Şirin.
21.Əsgər Həmzəyev Rüstəm Ərzullah.
22.Əsgər Məmmədov Sübhan Surxay.
23.Əsgər Əkbərov Zakir Kamal.
24.Əsgər Babayev Nəsib Allahverdi.
25.Əsgər İsayev İbrahim Topuş.
26.Əsgər İsmayılov Nadir Əli.
27.Əsgər Süleymanov Xanlar.
28.Əsgər Alıyev Altay Əbil.
29.Əsgər Məmmədov Fəryad Bədəl.
30.Əsgər Adıgözəlov Güloğlan Bəhram.
31.Əsgər İbrahimov Üzeyir Soltan.
32.Çavuş Zeynalov Mübariz Kamran.
33.Əsgər İbrahimov David Rahib.
34.Əsgər Hümbətov Cənnət Əbil.
34.Əsgər Muradov Zakir Əbdülsəlam.
35.Əsgər Əliyev Şahbaz Şəfayət.
36.Əsgər Rüstəmov Rüstəm Musa.
37.Əsgər Sulxayev Məmməd Əbdülvahab.
39.Əsgər Əliyev Mahir Nadir.
40.Əsgər Əhmədov Namik Qurban.
41.Əsgər Məmmədov Mətləb Aydın.
42.Əsgər Abışov Vüqar Pəhləvan.
43.Əsgər Nəbiyev Rəhim Barat.
44.Əsgər Musayev Azər Hilal.
45.Əsgər Hacıyev Cahid
46.Əsgər Əhmədov Səyyad
47.Əsgər Rzayev Nazim.
48.Çavuş Həsənov Razi
49.Əsgər Abbasov Əlizadə
50.Çavuş Quliyev Mehralı Saleh oğlu.Növbət döyüşlər zamanı itkin düşüb. Hələ də barəsində məlumat yoxdur.
51.Çavuş Əliyev Elxan Xasay oğlu. Növbəti döyüşlər zamanı itkin düşüb. Hələ də barəsində məlumat yoxdur.

FÜZULİ rayonunun ağır və çətin günlərində torpaqlarımızın müdafiəsində dəyanətlə dayanaraq düşmənə qarşı barışmazlıq nümayiş etdirən fədakar oğulların adlarını sadalamaq istəyirəm.

1.Çavuş Balakişiyev Vahid Fərman.
2.b/l-t Quliyev İlyas Nəsib.
3.Əsgər Həmzəyev Rüstəm Ərzullah.
4.Əsgər Əliyev Mahir Nadir.
5.Əsgər Hacıyev Cahid Şərif.
6.Əsgər Səfərov Şahin Rəsul.
7.Əsgər Əliyev Cəmil Mehdi.
8.Şəhid Heydərov Sərvan Heydər.
9.Əsgər Məmmədov Tahir Ərşad.
10.Əsgər Qardaşov Əkbər Əli.
11.Əsgər Əzimov Qamət Mirbala.
12.Əsgər Quliyev Qulu.
13.Çavuş Abbasov Əli Yusif.
14.Çavuş Əhmədov Alik Həsən.
15.Şəhid Rəhimov Coşqun Hakim.
16.Çavuş Əlizadə Rəsul Həsən.
17.Şəhid Məmmədov Mayılxan.
19.Əsgər Mahmudov Şirvan Həmid.
20.Çavuş Məmmədov Faiq Cəmil.
21.Əsgər Böykişiyev Qənimət Məhəmməd.
22.Əsgər Əsədov Natiq Gəray.
23.m-r Abdullayev Nizami Abdulla.
24.l-nt Kərimov Rafiz.
25.l-nt Balaşov Adil Famil.
26.l-nt Ağayev Qəhrəman
27.Çavuş Həsənov Razi.
28.b/lt Rəfiyev Elçin Məmməd.
29.Çavuş Quliyev Adil
30.Çavuş Əhmədov Şükran Rza.
31.Əsgər Tağıyev Oruc
İsfəndiyar.
32.Çavuş Əhmədov Vidadi Fidahət.
33.Çavuş Quliyev Şakir.
34.polkovnik-leytenant Qəhrəmanov Tariyel Hüseynqulu.
35.l-nt Paşayev Vüqar.
36.polkovnik Mənsimov Tehran Cavid.
37.polkovnik Məmmədov Elnur.
38.polkovnik Mirzəmmədov Nizami.
39. Mərhum polkovnik Osmanov Vahid.
40. polis polkovniki Binnət Məmmədov.və s.i

Bəli !..

Həmin ağır və qanlı savaşlar zamanında Vətənimiz  Azərbaycanın ölüm və qalım dilleması qarşısında qaldığı günlərdə onlarla, yüzlərlə, minlərlə ürəyi millət və Vətən uğrunda döyünən oğullar xalqımızın yanında oldu. Hər addımda yağı düşməni sarsıdıcı zərbələrlə peşman etdilər. Mən bu siyahıda dövrün əzab-əziyyətlərinə qatlaşmağı bacaran az sayda mübariz insanları göstərə bildim. Kimlərin adı yazılmayıbsa üzürlü saysın. Növbəti yazılarda onlar barədə geniş yazı materialları dərc edərik.

Ancaq bu gün ki, xatırlatmada mən, 1993-cü ilin faciəli aprel günlərində günlərlə, on gülərlə davam edən qanlı döyüşlərdən qısa da olsa söhbət açmağa çalışdım...

Vətəninə, xalqına, torpağına, yurduna bağlı olan insanlar hər zaman olub, var və olacaq.

Bütün varlığımız üstündə dayandığımız bu " Müqəddəs torpğ "ın üzərindədir.

Millət ola bilər, əgər, millətin torpağı yoxdursa onun qüruru olmayacaq !..

Bu gün, üzərində qürurla dayandığımız Vətən torpaqları uğrunda döyüşməyi - ölməyi bacaran mücahid və ŞƏHİDLƏRƏ borcluyuq. Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin. AMİN.

Qüdrətli, cəsur, inadkar və əzimkar Azərbaycan əsgəri üzərindən illər və on illər keçsə də belə Qədim Dədə - Baba yurdumuz olan QARABAĞI unutmadı. 2020-ci ilin sentyabr - noyabr aylarında 44 günlük VƏTƏN MÜHARİBƏSİ zamanı Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyilə QƏDİM QARABAĞI yağı düşmənlərin işğalından azad etdi. Azərbaycan düşmən üzərində tam və qəti qələbə qazandı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ölkədə və dünyada apardığı mərd, müdrik, cəsarətli, uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq dövlətlərarası münasibətlər sistemində  geopolitik və geoiqtisadi gücə mərkəzinə çevrilməkdədir.

Yaşasın müstəqil, suveren Azərbaycan !
Qarabağ Azərbaycandır !

Polkovnik Mirqiyas Rüstəmov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Aprel 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see304

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see222

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see208

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see200

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see194

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see188

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see184

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see177

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see175

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see174

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see172

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see170

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see169

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see163

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see163

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see162

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see161

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see160

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see160

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri