Döyüş başlayır! Xamenei
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyi İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Döyüş başlayır”, - Xameneyi yazıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.
Elə həmin axşam SEPAH cavab əməliyyatının başladığını elan edib və İsraili raket zərbələri ilə vurub.

