Icma.az
close
up
RU
Şəhid əmisinin qisasını döyüş meydanında aldı...

Şəhid əmisinin qisasını döyüş meydanında aldı...

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Samux, 29 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şəhidlik uca zirvə olmaqla yanaşı, həm də qəhrəmanlıq məktəbidir. Biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Ağəmməd Ağamalıyev də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələrək özündən sonra böyük idiglik nümunəsi miras qoyub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ağamalıyev Ağəmməd Elgiz oğlu 1990-cı il noyabrın 16-da Samux rayonunun Füzuli kəndində anadan olub. 1996-2005-ci illərdə şəhid əmisi Şahmalı Ağamalıyevin adını daşıyan Füzuli kənd tam orta məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bötüvlüyünün bərpa olunması uğrunda başlanan 44 günlük Vətən müharibəsində döyüşlərə qatılıb. Oktyabrın 13-də Füzulinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ağəmməd Ağamalıyevin nəşi oktyabrın 19-da doğulub boya-başa çatdığı Füzuli kəndində torpağa tapşırılıb.

Şəhid anası Zibər Ağamalıyeva deyir ki, övladı hər zaman Birinci Qarabağ müharibəsinin şəhidi və müharibə veteranı olan əmilərini örnək götürüb. Vətənpərvər ruhda böyüyüb, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü səbrsizliklə gözləyib. Vətən müharibəsinə də böyük qürurla yollanıb. “Qaynım 1990-cı ildə Birinci Qarabağ müharibəsinə getmişdi, 1994-cü ildə şəhid oldu. Ağəmməd deyirdi ki, əmisinin qısasını alacaq. Müharibə başlayanda döyüşlərə qatıldı. Füzulidə olanda mənə zəng etdi və dedi ki, “əmimin qisasını alıb gələcəyəm”. Əmisi Füzulidə harada şəhid olmuşdusa, övladım da orada şəhid oldu. Mən oğlumun şəhidlik zirvəsinə yüksəlməsi ilə qürur duyuram”, - deyə Zibər Ağamalıyeva bildirir.

Şəhid Ağəmməd Ağamalıyev evli olub, Zeynəb adlı bir qızı var. “Qaynanama da tapşırırdı, mənə də deyirdi ki, qızıma yaxşı baxın. Vətənpərvər idi. Həmişə qəhrəman hərbçilərimizi misal çəkib deyirdi ki, “gör necə gözəl oğullar var, vətənpərvərdirlər. Kaş, mənim də əlimə belə bir fürsət düşərdi”. O, şəhid olaraq bizim başımızı uca etdi, mən də qızını ona layiqli övlad kimi böyüdəcəyəm. Bu, mənim tək təsəllimdir”, - deyə şəhidin həyat yoldaşı Xuraman Ağamalıyeva söyləyir.

Ağəmməd Ağamalıyev Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri