Icma.az
close
up
RU
Döyüşdən döyüşə düşmənə qan udduran cəngavər

Döyüşdən döyüşə düşmənə qan udduran cəngavər

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Şəhid Fərid Hüseynovun anadan olduğu 32 illiyi münasibətilə
Zəfər şəhidi, baş çavuş Fərid Fətəli oğlu Hüseynov 44 günlük haqq savaşımızda 30 il əsir düşən əzəli yurd yerimiz Qarabağın işğaldan azad edilməsində xüsusi fədakarlıq, igidlik göstərib. 1994-cü il iyunun 23-də Cəlilabadın Bəcirəvan kəndində anadan olan, xalqımızın mənəvi dəyərlərinə ehtiram ruhunda formalaşan bu Vətən sevdalısı həyatı dərk edən gündən doğma Azərbaycanın hər guşəsini özünə əziz bilib, yağı düşmənin Qarabağımıza ədalətsiz təcavüzünə dözə bilməyib. Elə 2012-ci ilin iyul ayında Fərid müddətli həqiqi hərbi xidmətə çağırılanda da dostların, qohumların qarşısında məqam olan kimi erməni dığalarla sona qədər döyüşərək qisas alacağına and içib.
Fərid düşdüyü “N” saylı hərbi hissdə canından artıq sevdiyi Vətəninə övladlıq borcunu vicdanla yerinə yetirib. Vətənpərvərliyi, cəsurluğu, mərdliyi, ağılı onu bütün çətin sınaqlardan üzüağ çıxardıb. Nəticədə zabitlər, əsgərlər Fəridin xarakterində cəm olunan müsbət keyfiyyətlərə heyran qalıblar. Yurduna, millətinə həmişə gərək olmağını göstərməklə Fərid 2014-cü ilin yanvar ayında ehtiyata buraxılıb.
Dığalardan alacağı öcə görə Fərid evdə heç cür rahatlıq tapmayıb. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi ilə alışıb-yanan, uşaqlıqdan ona marağını nəzərə alıb hərbçi olmaq qərarına gəlib. 2015-ci ilin iyul ayının 18-dən etibarən Fərid Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissədə Vətən müharibəsinədək xidmət edərək, xüsusi həmlə qrupunun yarımqrup komandiri vəzifələrinə təyin olunub. İşinə böyük məsuliyyətlə yanaşıb, üzərinə düşən bütün tapşırıqları vicdanla görüb. Özündən yüksəkdə duran komandirlərin ehtiram və inamı doğurmaqla mükafatlara, təşəkkürnamələrı layiq olub. Ən əsası müharibə meydanında yağının layiqli cavabını vermək üçün vaxtaşırı keçirilən məşğələlərdə və praktiki təlimlərdə öz döyüş hazırlığına xüsusi fikir verib , gərəkli hərbi biliklərə, peşə vərdişlərinə əzmkarlıqla, mükəmməl yiyələnib. Mənəvi-psixoloji hazırlığı cəhətdən də xidmət etdiyi bölmədə fərqlənib. Yarımqrup komandiri kimi tabeliyində olan şəxsi heyətin təlim-tərbiyəsinə xüsusi diqqət yetirib, onlardan qayğısını əsirgəməyib, hər kəslə yoldaşlıqda etibarlı olub. Sözün qısası, Fərid xidmət zamanı nizam-intizamlı, Vətən sevgisinə tapınmaqla xidmət mənafeyini üstün tutan, öz bilik və bacarıqlarının inkişafına daimi səy göstərən, icraçılığı sayəsində seçilən, mənəvi cəhətdən zəngin, vətənpərvər bir hərbi qulluqçusu olmaqla tanınıb.
Fərid Hüseynov 2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı 44 günlük haqq savaşımız başlananda döyüş meydanına birinci girib. Bu həyatın ölüm-dirim anı olsa da, Fərid onu özünə ən şərəfli sınaq sayıb. “Vətən yaşasın”- deyə ölümə meydan oxumaqla müharibənin ilk günündən vurduğu sarsıdıcı zərbələrlə yağının canına vəlvələ salıb. Füzuli rayonunun Seyidmahmudlu, Dədəli, Mirzəcamallı, Aybasanlı, Xocavənd rayonunun Düdükçü, Ağbulaq kəndlərinin ərazilərində axtarış, erməni diversiya-kəşfiyyat qruplarının sızmasının qarşısının alınması, ayrı-ayrı obyektlərdə gizlənmiş düşmən hərbçilərinin məhv edilməsi üzrə fəaliyyət zamanı Fərid həmişə öndə gedib, heç bir təhlükədən qorxmayıb. Füzuli rayonunun Seyidmahmudlu kəndi ətrafındakı adsız yüksəkliklər alınanda Fəridin həmin əraziyə üçrəngli bayrağımızı sancdığı gün əsl qəhrəmanlıq tarixinə dönüb. Alovlu döyüşdən-döyüşə yağıya qarşı hədsiz nifrəti, mərdliklə vuruşmağı Vətən naminə zəfərimizin lap yaxında olduğunu bildirib.
Vətənin dar günündə ağır müharibə meydanına girən və son döyüşədək xüsusi təyinatlı adına layiq vuruşan Fərid Şuşa uğrunda həlledici savaşda yanına düşən mərminin qəlpələri onun həyatına son qoyub. Müqəddəs şəhidlik zirvəsinə ucalmaqla ürəklərin əbədi sakininə dönən qəhrəmanımız həm də dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” və Füzulinin, Şuşanın azadlığına görə medalları ilə təltif edilib.
Bəli, şüurlu sürətdə canını Vətənin, millətin yolunda fəda edənlər heç vaxt unudulmur. Fəriddə belə...
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri